--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Xaricdə təhsil proqramı üzrə sənəd qəbulu yekunlaşıb, artıq müsahibə mərhələsinə başlanılıb.

Aysel Əlibəyli 08 İyun 2026 · 17:14 1070 baxış

Dövlət Proqramının iştirak tələblərinə uyğun gələn və I mərhələ üzrə sənədlərini uğurla tamamlayaraq təqdim etmiş namizədlərlə bu gündən – 8 iyun tarixindən etibarən müsahibə mərhələsinə başlanılıb.

Bildirilib ki, 2026–2027-ci tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu mərhələsi yekunlaşıb.Qeyd olunub ki, 15 aprel – 5 iyun tarixlərini əhatə edən müraciət dövrü ərzində Dövlət Proqramı üzrə xaricdə təhsil imkanları üçün dünyanın 21 ölkəsinə aid 106 nüfuzlu ali təhsil müəssisəsi üzrə ümumilikdə 1221 namizəd müraciət edib. Müraciət edənlərdən 271 nəfər isə “Times Higher Education”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” kimi beynəlxalq reytinq cədvəllərində ilk 10-luqda yer alan universitetlərdən qəbul əldə etməyi bacarıb.Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı ətraflı məlumatlar namizədlərin portal.edu.az platformasındakı şəxsi kabinetləri vasitəsilə təqdim olunacaq.Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 avqust 2024-cü il tarixli 248 nömrəli Sərəncamına əsasən, Dövlət Proqramına qəbul üzrə illik kvota 500 nəfərədək müəyyən edilib. Bu kvotanın bölgüsünə əsasən, yerlərin 25 faizindən çox olmamaq şərti ilə bakalavriat, 20 faizindən çox olmamaq şərti ilə doktorantura, qalan hissə isə magistratura səviyyəsi üzrə nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Toy karvanında avtoxuliqanlığa sərt cəza

Next Article

Balaəliyə oğurluq ittihamı irəli sürülüb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Şencou-21” missiyası başa çatdı

Aysel Əlibəyli 29 May 2026 · 23:56 1076 baxış Çinin kosmik stansiyasında altı aylıq missiyasını başa vuran “Şencou-21” ekipajı Yerə qayıdıb. Elpress.az Çin Kosmos Agentliyinə istinadən xəbər verir ki, astronavtlar Can Lu, Vu Fey və […]

Rusiyanın Kiyevə zərbələrində ölənlərin sayı 20-yə çatdı

Aysel Əlibəyli 02 İyul 2026 · 17:34 1040 baxış Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi kütləvi hava hücumlarından sonra itkilərin sayı artmaqda davam edir. Rəsmilər axtarış-xilasetmə əməliyyatlarının hələ də davam etdiyini bildirirlər. Elpress.az xəbər verir ki, […]

Leysan Gürcüstanda yolları bağladı

Aysel Əlibəyli 19 İyul 2026 · 17:17 1020 baxış Güclü leysan Gürcüstanda nəqliyyatın hərəkətini məhdudlaşdırdı Elpress.az xəbər verir ki, Gürcüstanda yağan güclü leysan yağışları nəticəsində İmereti bölgəsində ciddi problemlər yaranıb. Məlumata görə, Kutaisi–Tskaltubo–Tsageri–Lentexi avtomobil yolunun […]