--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Türkiyədə “Terrorsuz Türkiyə” prosesi: 12 maddəlik qanun layihəsi parlamentə təqdim olundu

Aysel Əlibəyli 04 Avqust 2026 · 20:48 1062 baxış

Türkiyədə “Terrorsuz Türkiyə” prosesi çərçivəsində hazırlanmış 12 maddəlik qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin müzakirəsinə təqdim edilib.

Elpress.az xəbər verir ki, “Milli Həmrəylik və İctimai İnteqrasiyanın Gücləndirilməsi” adlı çərçivə sənədi terrorla mübarizə və ictimai həmrəyliyin möhkəmləndirilməsi istiqamətində yeni hüquqi mexanizmlərin yaradılmasını nəzərdə tutur.

Məlumata görə, layihə AK Partiya tərəfindən hazırlanıb. Sənədə MHP sədri Dövlət Baxçalı və TBMM sədri Numan Kurtulmuş da imza ataraq dəstəklərini ifadə ediblər. Qanun layihəsinin AK Partiya, MHP və DEM Partiyasının birgə imzası ilə parlamentə təqdim olunduğu və yaxın günlərdə səsverməyə çıxarılacağı gözlənilir.

Bildirilib ki, layihə ümumi əfv xarakteri daşımır və terror təşkilatlarının rəhbərlərinə xüsusi hüquqi status nəzərdə tutmur. Sənədə əsasən, qanunda nəzərdə tutulan güzəştlərdən yararlanmaq istəyən şəxslər müəyyən edilmiş müddət ərzində rəsmi qaydada müraciət etməlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Gömrükdə silah-sursat və strateji mallar üçün yeni qaydalar

Next Article

İran və Oman Hörmüz boğazında yeni mərkəzi marşrut üzərində işləyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Dövlət Baxçalı: Elm və texnologiya TDT-nin prioritetidir

Aysel Əlibəyli 02 Avqust 2026 · 15:41 1070 baxış MHP lideri Türk Dövlətləri Təşkilatının gələcək inkişafı üçün AR-GE strategiyasının vacibliyini vurğulayıb Elpress.az xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini/lideri Devlet Bahçeli Türk Dövlətləri […]

Türkiyə bayrağını yandıran qadın saxlanılıb

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:34 1058 baxış Muğlada Türkiyə bayrağını yandırmaqda şübhəli bilinən 31 yaşlı qadın həbs edilib Elpress.az xəbər verir ki, Türkiyənin Muğla bölgəsində Türkiyə bayrağının yandırılması ilə bağlı hadisə baş verib.Hadisə […]

Robert Köçəryan xəstəxanadan Antikorrupsiya Komitəsinə aparılıb

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:39 1054 baxış Ermənistanın sabiq prezidenti yüksək təzyiq səbəbilə xəstəxanaya yerləşdirilmişdi Elpress.az xəbər verir ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan xəstəxanadan Antikorrupsiya Komitəsinə aparılıb.Məlumata görə, Köçəryan ötən gün saxlanıldıqdan […]