--:--:-- | 24 Oktyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Trampın Putinlə bağlı açıqlamasına mediadan şübhə

Aysel Əlibəyli 23 Sentyabr 2026 · 18:42 1102 baxış

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinin həm onunla, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlara hazır olduğu barədə açıqlaması gündəmə gəlib.

Elpress.az xəbər verir ki, “The New York Times” Trampın Nyu-Yorkda Zelenski ilə görüşü zamanı səsləndirdiyi bu fikrin hazırda təsdiqlənmədiyini və şübhəli göründüyünü yazıb.Nəşrin məlumatına görə, Vladimir Putin daha əvvəl Zelenski ilə mümkün təmasların yalnız Moskvada baş tuta biləcəyini bildirib. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov da Ukrayna liderinin Rusiyaya getmək qərarına gələcəyi təqdirdə onun təhlükəsizliyinin təmin ediləcəyini açıqlayıb.“The New York Times” həmçinin Vaşinqtonun Ukrayna münaqişəsinin həlli istiqamətində apardığı diplomatik prosesdə uzun fasilənin yarandığını qeyd edib. Qəzet ABŞ-ın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kremlin nümayəndələri ilə keçirdiyi görüşlərin də nəzərəçarpacaq nəticə vermədiyini iddia edib.Volodimir Zelenski isə Tramp ilə görüşündən sonra “The Wall Street Journal”a açıqlamasında müharibənin qış başlamazdan əvvəl başa çatacağına əmin olmadığını bildirib. O, ABŞ-dan əlavə hərbi yardım gözlədiyini və soyuq hava şəraitinə qədər Ukraynaya lazımi silahların çatdırılmasının vacib olduğunu vurğulayıb.Bundan başqa, Tramp Ukraynada “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raketlərin birgə istehsalına dair məsələyə baxa biləcəyini söyləyib. Lakin “The Wall Street Journal”ın yazdığına görə, Zelenski bu məsələ ilə bağlı görüş zamanı konkret cavab əldə edə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mikayıl Cabbarov Türkiyənin şirkət rəhbəri ilə görüşdü – əməkdaşlıq gündəmdə

Next Article

Ceyhun Bayramov fransalı həmkarı ilə regional məsələləri müzakirə edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nikol Paşinyan ABŞ-a gedib

Aysel Əlibəyli 22 Sentyabr 2026 · 09:47 1102 baxış Ermənistan Baş naziri BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək Elpress.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a səfər edib.Səfər çərçivəsində Paşinyanın Nyu-Yorkda keçirilən […]

İran müharibədə 4200 MVt elektrik gücü itirib

Aysel Əlibəyli 26 Avqust 2026 · 17:20 1076 baxış Zərər görən elektrik stansiyalarının gələn ilin yayına qədər bərpası planlaşdırılır Elpress.az xəbər verir ki, Müharibə nəticəsində İranda ümumilikdə 4200 meqavat elektrik generasiya gücü itirilib.İranın energetika naziri […]

Fransada etirazlarla bağlı saxlanılanların sayı 2700-ə çatıb

Aysel Əlibəyli 22 Oktyabr 2026 · 21:58 1056 baxış Fransada oktyabrın 17-də keçirilən kütləvi aksiyalardan sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılanların sayı 2700 nəfərə yüksəlib. Elpress.az xəbər verir ki, ölkənin ədliyyə naziri Jerald Darmanen jurnalistlərə açıqlamasında […]

Dünyanın ilk 1 km-lik göydələni tikilir

Aysel Əlibəyli 27 İyul 2026 · 12:31 1090 baxış Səudiyyə Ərəbistanında inşa olunan Jeddah Tower yeni hündürlük rekordu qırmağa hazırlaşır Elpress.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində tikilən Jeddah Tower tamamlandıqdan sonra hündürlüyü 1 […]