--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Rusiyanın Krasnodar diyarında PUA hücumu: ölən və yaralananlar var

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 08:31 1084 baxış

Rusiyanın Krasnodar diyarının Severski rayonunda pilotsuz uçuş aparatlarının hücumu nəticəsində insan tələfatı qeydə alınıb.

Elpress.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib.Onun sözlərinə görə, hücum nəticəsində bir neçə nəfər həyatını itirib. Daha bir nəfər ağır xəsarət alıb və tibbi yardım göstərilməsi üçün rayon xəstəxanasına yerləşdirilib.Qubernator həlak olanların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, yaralanan şəxsin müalicəsinin həkimlərin nəzarətində olduğunu bildirib.

Veniamin Kondratyev Severski rayonunun rəhbəri Aleksey Çeverevə zərərçəkən şəxsə və həlak olanların ailələrinə lazımi dəstəyin göstərilməsi ilə bağlı tapşırıq verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan qadın şahmatçılarından Çexiya üzərində parlaq qələbə

Next Article

Lökbatanda səhər saatlarında vulkan püskürməsi baş verdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Uşaqlara uyğun olmayan görüntülərin göndərilməsinə məhdudiyyət

Aysel Əlibəyli 08 İyun 2026 · 16:04 1136 baxış Böyük Britaniya hökuməti azyaşlıların internet üzərindən uyğun olmayan məzmun paylaşmasının qarşısını almaq məqsədilə texnologiya şirkətləri qarşısında yeni tələblər irəli sürüb. Baş nazir Keir Starmer bildirib ki, […]