Rusiya Prezidentinin sözçüsü danışıqların yenidən başlamasının sülh yolu ilə həll üçün imkan yaradacağını bildirib
Elpress.az xəbər verir ki, Rusiya Ukrayna üzrə üçtərəfli danışıqların yenidən başlamasına ümid edir.Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva üçtərəfli danışıqların bərpasına nail olmağa çalışır.Onun sözlərinə görə, danışıqların yenidən başlaması münaqişənin sülh yolu ilə həlli istiqamətində əlavə cəhd göstərməyə imkan verə bilər.Peskov Rusiyanın əsas məqsədlərinə danışıqlar yolu ilə nail olmağa çalışdığını vurğulayıb.


