--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Pentaqon ABŞ qoşunlarının Avropadan çıxarılmasını nəzərdən keçirir

Aysel Əlibəyli 18 Sentyabr 2026 · 11:38 1076 baxış

Avropadakı 25-40 minədək amerikalı hərbçinin bölgədən çıxarılması müzakirə olunur

Elpress.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi Avropadakı Amerika hərbi kontingentinin əhəmiyyətli hissəsinin bölgədən çıxarılmasını nəzərdə tutan planı nəzərdən keçirir.Müzakirə olunan variantlara ABŞ-ın Avropadakı hərbi təyyarələri, gəmiləri, silah sistemləri və on minlərlə hərbçisinin geri çəkilməsi daxildir.Məsələ ilə bağlı müzakirələrdən xəbərdar mənbələrin bildirdiyinə görə, Avropadakı ABŞ hərbi kontingentinin təxminən üçdə biri, yəni 25 minə yaxın hərbçinin çıxarılması mümkündür. Digər mənbələr isə ixtisarın kontingentin yarısına qədər, təxminən 40 min hərbçini əhatə edə biləcəyini bildiriblər.Planın reallaşacağı təqdirdə, bunun ABŞ-ın Soyuq müharibədən sonra Avropadakı hərbi mövcudluğunda ən böyük ixtisarlardan biri olacağı qeyd edilir. Hazırda bölgədə ABŞ-ın təxminən 80 min hərbçisi olduğu bildirilir.Məsələ NATO müttəfiqlərinin Rusiyadan qaynaqlanan təhlükələrlə bağlı xəbərdarlıqları fonunda müzakirə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sözün işarələri, ömrün sualları – Əli Hacı Ağaevlinin yeni şeiri

Next Article

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Məsud Pezeşkian sabah ABŞ-a gedəcək

Aysel Əlibəyli 21 Sentyabr 2026 · 15:12 1090 baxış İran Prezidenti BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edəcək Elpress.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün sabah […]

Fransada lisey aksiyalarında 164 nəfər saxlanılıb

Aysel Əlibəyli 29 Sentyabr 2026 · 14:44 1060 baxış Etirazlar 180 təhsil müəssisəsinə təsir edib, 32 nəfər xəsarət alıb Elpress.az xəbər verir ki, Fransada lisey şagirdlərinin etiraz aksiyaları ölkə üzrə 180 təhsil müəssisəsinə təsir edib.Fransanın […]