--:--:-- | 07 Oktyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Paşinyan Putinlə Ermənistan dəmir yollarının gələcəyini müzakirə etmək niyyətindədir

Aysel Əlibəyli 19 Sentyabr 2026 · 22:15 1078 baxış

Elpress.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan görüş zamanı Ermənistan dəmir yollarının konsessiyaya verilməsi məsələsini müzakirə etməyi nəzərdə tutur.

Paşinyan bu barədə “BoonTV” portalına müsahibəsində danışıb.

Baş nazir bildirib ki, qarşıdakı görüşdə tərəflər müxtəlif məsələləri və onların qarşılıqlı məqbul həll yollarını nəzərdən keçirəcəklər. Onun sözlərinə görə, dəmir yolu məsələsi gündəlikdəki əsas mövzulardan biri olacaq.

Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın yaxın vaxtlarda Moskvaya səfər edəcəyini açıqlayıb. Peskovun sözlərinə görə, Ermənistan Baş naziri Vladimir Putin tərəfindən Rusiyaya görüş üçün dəvət olunub.

Səfərin konkret tarixinin isə hər iki tərəfin iş qrafiki nəzərə alınmaqla müəyyənləşdiriləcəyi bildirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakıda bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq

Next Article

Haber Global Azərbaycanın antiterror əməliyyatından süjet hazırladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp özünü ABŞ tarixinin ən böyük prezidenti elan edib

Aysel Əlibəyli 28 Avqust 2026 · 09:03 1068 baxış ABŞ Prezidenti Donald Tramp özünü ölkə tarixinin ən böyük prezidenti hesab etdiyini bildirib. Elpress.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində ABŞ prezidentləri […]

Yer orbitində 33 mindən çox obyekt hərəkət edir

Aysel Əlibəyli 01 İyun 2026 · 22:02 1138 baxış Yerətrafı məkan antropogen çirklənmənin ən sürətlə artdığı sahələrdən biri olaraq qalır. “Space-Track” və ABŞ Kosmik Müşahidə Şəbəkəsinin məlumatına görə, hazırda Yer orbitində 33 min 269 obyekt […]