--:--:-- | 08 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Mayra Mendoza: Latın Amerikasında şəhər sakinlərinin 30 faizdən artıq hissəsi uyğun olmayan mənzil şəraitində yaşayır.

Aysel Əlibəyli 19 May 2026 · 17:02 1104 baxış

Latın Amerikasında şəhərlərdə yaşayan insanların 30 faizdən çoxu əlverişsiz mənzil şəraitində məskunlaşıb.

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən Bakıda təşkil olunan Dünya Şəhərsalma Forumunun (WUF13) “Yerli fəaliyyətin gücləndirilməsi: adekvat mənzil təminatı və dayanıqlı icmalar üçün çoxtəbəqəli idarəetmənin möhkəmləndirilməsi” mövzusunda keçirilən dəyirmi masada Argentinanın Quilmes şəhərinin meri Mayra Mendoza çıxış edib.O bildirib ki, Latın Amerikası regionunda milyonlarla insan sıx yaşayış şəraiti, içməli su çatışmazlığı və sosial-şəhər infrastrukturunun yetərsizliyi ilə qarşılaşır.Mayra Mendoza mənzil təminatının insan hüququ olduğunu vurğulayaraq, bunun imtiyaz deyil, dövlət və cəmiyyət tərəfindən qorunmalı olan əsas hüquqlardan biri sayıldığını qeyd edib.Onun fikrincə, regionda urbanizasiyanın sürətlənməsi və sosial bərabərsizliyin dərinləşməsi mənzil problemini daha da ağırlaşdırır.Quilmes meri həmçinin iqlim dəyişiklikləri və ekoloji təhlükələrin xüsusilə qlobal cənub ölkələrində yaşayan həssas təbəqələrin vəziyyətinə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.Sonda o qeyd edib ki, adekvat mənzil təminatı sosial ədalətin qorunması və dayanıqlı şəhər inkişafı üçün əsas amillərdən biridir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Eliud Emeri: iqlim dəyişikliklərinin təsirləri artıq dünyanın hər yerində aydın şəkildə hiss olunur.

Next Article

ABŞ ordusu Avropada yeni yerləşdirmə planı hazırlayır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ və Asiya birjalarında yüksəliş qeydə alınıb

Aysel Əlibəyli 20 Avqust 2026 · 08:29 1074 baxış Dünya fond bazarlarında avqustun 19-da fərqli istiqamətlər üzrə hərəkətlilik müşahidə olunub. ABŞ və Asiya-Sakit okean regionunun əsas indeksləri yüksəldiyi halda, Avropanın aparıcı birjalarında əsasən geriləmə qeydə […]

Almaniyada “aclıq daşları” üzə çıxdı

Aysel Əlibəyli 10 Avqust 2026 · 00:16 1030 baxış Anomal istilər çayları qurudur: Almaniyada su səviyyəsi kritik həddə düşüb Elpress.az xəbər verir ki, Almaniyanın Saksoniya torpağında havaların həddindən artıq isti keçməsi çaylarda suyun səviyyəsinin kəskin […]

Bir tərəfdə Trampın dəstəyi, o biri tərəfdə Putinin təzyiqi

Aysel Əlibəyli 05 İyun 2026 · 15:26 1154 baxış Ermənistanın Baş naziri Nikol Paşinyan, ölkəsində müharibə ilə sülh, avtokratiya ilə demokratiya, eləcə də tabeçiliklə müstəqillik kimi əsas siyasi seçimlərin müzakirə olunduğu bir dövrdə, yenidən hakimiyyətə […]

Çin asteroidi vurmağa hazırlaşır

Aysel Əlibəyli 20 İyul 2026 · 17:07 1064 baxış Çin asteroidin trayektoriyasını dəyişmək üçün yeni kosmik missiya planlaşdırır Elpress.az xəbər verir ki, Çin alimləri asteroidin hərəkət trayektoriyasını dəyişdirmək məqsədilə yeni kosmik missiya hazırlayırlar. Məlumata görə, […]