--:--:-- | 26 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İran Ukraynaya etiraz etdi: Tehrandakı diplomat XİN-ə çağırıldı

Aysel Əlibəyli 26 İyul 2026 · 02:04 1036 baxış

İran Xarici İşlər Nazirliyi Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini nazirliyə dəvət edərək Xəzər dənizində baş verdiyi iddia olunan insidentlə bağlı rəsmi etirazını çatdırıb.

Elpress.az xəbər verir ki, İran tərəfinin yaydığı məlumata əsasən, hadisə Ukrayna ordusunun Xəzər dənizində İran bayrağı altında üzən ticarət gəmisinə hücum etdiyi iddiası ilə əlaqədardır.

Bildirilir ki, insident nəticəsində bir dənizçi həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.Məlumata görə, Ukraynanın müvəqqəti işlər vəkilini İran xarici işlər nazirinin köməkçisi və Avrasiya üzrə baş direktoru Menuçehr Moradi qəbul edib. Görüş zamanı Tehran hadisə ilə bağlı kəskin narazılığını qarşı tərəfin diqqətinə çatdırıb.İran XİN bəyan edib ki, Xəzər dənizində ticarət gəmisinə hücum beynəlxalq hüququn, o cümlədən BMT Nizamnaməsinin prinsiplərinə ziddir və regionun təhlükəsizliyi üçün ciddi risk yaradır.Rəsmi Tehran baş verən hadisəyə görə Ukraynanın məsuliyyət daşıdığını bildirərək, insidentdə iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasını tələb edib.

Qeyd edək ki, Ukrayna tərəfi məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Quba Təngəaltı yolunda TIR aşdı, kilometrlərlə tıxac yarandı

Next Article

Şəkidə ağır qəza: Avtomobil iki piyadanı vurdu, bir nəfər həyatını itirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Norveçdə hotellər və hava limanlarında tətil genişlənir

Elşən 18 May 2026 · 14:28 1105 baxış Fellesforbundet tərəfindən təşkil olunan tətil Norveçin əsas hava limanlarında fəaliyyətə təsirini artıraraq davam edir. Bazar ertəsindən etibarən Oslo Airport Gardermoen, Bergen Airport Flesland, Stavanger Airport Sola, Trondheim […]

Ərdoğan Trampın Ukrayna ilə bağlı təşəbbüsünə dəstək verdi

Aysel Əlibəyli 09 İyul 2026 · 15:22 1062 baxış Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ABŞ Prezidenti Donald Trumpın Ukraynadakı münaqişənin həllinə dair yanaşmasını dəstəklədiyini bəyan edib. Elpress.az məlumat verir ki, Rəcəb Tayyib Ərdoğan bu fikirləri […]

Moninder Sinqh: Hindistan zikhləri fiziki məhv etməyə çalışır

Aysel Əlibəyli 03 İyun 2026 · 10:32 1140 baxış Hindistanın zikhlərin milli və dini kimliyini zəiflətməyə çalışdığı iddia olunub. Elpress.az “Report”a istinadən xəbər verir ki, bu fikirləri Moninder Sinqh Bakıda keçirilən “İyun 1984-cü il, Amritsardakı […]