--:--:-- | 22 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İran İsrailə ultimatum verdi: Livandan tezliklə çıxın

Aysel Əlibəyli 28 İyun 2026 · 17:47 1100 baxış

Elpress.az xəbər verir ki, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ilə Livan parlamentinin spikeri Nəbih Berri arasında telefon danışığı baş tutub. Tərəflər bölgədəki son vəziyyəti, xüsusilə də Livandakı təhlükəsizlik məsələlərini müzakirə ediblər.

İran mediasının yaydığı məlumata görə, telefon söhbəti zamanı iki ölkə arasında əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Bu arada, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai İsrailin Livandakı hərbi əməliyyatlarına münasibət bildirərək, ABŞ-ın İsrail ordusunu ölkənin bütün ərazilərində əməliyyatları dayandırmağa məcbur etmək üçün təsir imkanlarından istifadə etməsinin vacibliyini vurğulayıb.

O, həmçinin Tehranın İsrail qoşunlarının Livan ərazisindən çıxarılması ilə bağlı qrafikin daha qısa müddətdə müəyyən edilməsini tələb etdiyini qeyd edib.

Qeyd edək ki, bundan əvvəl İsrail Müdafiə Ordusu Livanın cənubunda yerləşən Nəbatiyyə bölgəsində radikal Hizbullah hərəkatının bir neçə üzvünün zərərsizləşdirildiyini açıqlamışdı. Bu hadisə bölgədə onsuz da yüksək olan gərginliyi daha da artırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Zakir Fərəcov Almaniyada mühüm görüşlər keçirib

Next Article

Bir ailənin üzvləri qəzaya düşdü: Lerikdə maşın dərəyə yuvarlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nigeriada 17 polis əməkdaşı həyatını itirib.

Aysel Əlibəyli 17 May 2026 · 12:51 1073 baxış Nigerianın şimal-şərqində yerləşən təlim mərkəzinə edilən silahlı hücumda 17 polis öldürülüb. Elpress.az-ın azertac.az-a istinadən verdiyi məlumata əsasən, bu barədə Emirates News Agency Nigeriya Polisinin bəyanatına əsasən […]

Pakistanda terror hücumu: ölən və yaralananlar var

Aysel Əlibəyli 12 İyun 2026 · 16:32 1074 baxış Pakistanın şimal-qərbində törədilən terror aktı insan tələfatı və yaralanmalarla nəticələnib. Elpress.az xarici mediaya istinadən xəbər verir ki, Xayber Paxtunxva əyalətində kamikadze terrorçu məscidin yaxınlığında üzərindəki partlayıcı […]

Zelenski “Freyja” ilə bağlı tarix açıqladı

Aysel Əlibəyli 13 İyul 2026 · 23:47 1022 baxış Ukrayna Prezidenti Volodimir Zelenski “Freyja” adlı antiballistik hava hücumundan müdafiə sisteminin təxminən bir il ərzində istifadəyə veriləcəyini açıqlayıb. Elpress.az xəbər verir ki, bu barədə Zelenski yeni […]