--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Himalaylarda uçqun olub, 14 nəfər itkin düşüb

Aysel Əlibəyli 27 Sentyabr 2026 · 15:40 1074 baxış

Himlunq-Himal ərazisində düşərgəyə uçqun düşüb

Elpress.az xəbər verir ki, Himalay dağlarının Himlunq-Himal dağı ərazisində düşərgələrdən birinin üzərinə uçqun düşüb. Hadisə nəticəsində ən azı 14 Nepal vətəndaşının itkin düşdüyü bildirilir.İtkin düşənlərin ekspedisiya qrupunda çalışan bələdçilər və xidmət personalı olduğu qeyd edilir. Onlarla əlaqə bazar günü səhər saatlarından kəsilib.Hadisə zamanı düşərgədə xarici turistlərin olmadığı bildirilir. Məlumata görə, turistlərin əraziyə hadisədən bir neçə gün sonra, təxminən 5-6 gün ərzində çatması gözlənilirdi.Əlverişsiz hava şəraiti axtarış-xilasetmə işlərinin aparılmasını çətinləşdirir. Xilasetmə məqsədilə helikopterlər Katmandu və Poxarada hazır vəziyyətdə saxlanılır, lakin hava şəraitinə görə onların uçuş həyata keçirməsi hələ mümkün olmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

YAP qurultayına hazırlıq davam edir

Next Article

Rəcəb Tayyib Ərdoğan: “Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaq”

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xamenei ictimaiyyət qarşısına çıxmayacaq

Aysel Əlibəyli 18 İyul 2026 · 15:42 1118 baxış Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmamasının səbəbi açıqlandı Elpress.az xəbər verir ki, İranın Ali Rəhbəri Müctəba Xameneinin ABŞ və İsraillə davam edən hərbi gərginlik səbəbindən yaxın müddətdə […]