--:--:-- | 25 İyul 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Dünyada ilk: Həkimlər sağalmaz xəstəlikdən əziyyət çəkən uşağın ölümünə kömək etdi

Aysel Əlibəyli 28 İyun 2026 · 19:06 1088 baxış

Niderlandda yeni evtanaziya qaydalarının qüvvəyə minməsindən sonra ölkə tarixində ilk dəfə olaraq 12 yaşından kiçik ölümcül xəstə uşağa evtanaziya tətbiq edilib.

Bu barədə NOS telekanalı səhiyyə naziri Sofi Hermans tərəfindən parlamentə göndərilən məktuba istinadən məlumat yayıb.

Nazirin sözlərinə görə, “ölümcül xəstə” hesab edilən uşaq ötən ilin sonlarında vəfat edib. Uşağın şəxsiyyəti, cinsi, yaşadığı yer və xəstəliyi ilə bağlı məlumatlar açıqlanmayıb.

Elpress.az xəbər verir ki, Səhiyyə naziri bildirib ki, prosedurda iştirak edən tibb işçilərinin qanunvericiliyə uyğun hərəkət edib-etmədiyi parlament tərəfindən araşdırılacaq.

Qeyd edək ki, Niderland 2024-cü ildə qanunvericiliyə dəyişiklik edərək 1 yaşdan 12 yaşadək ölümcül xəstə uşaqlar üçün, valideyn və ya qəyyumun razılığı əsasında, müəyyən hallarda evtanaziyaya icazə verib.

Hökumətin açıqlamasına görə, bu qərar yalnız uşağın dözülməz ağrılar içində olduğu, sağalma ehtimalının qalmadığı və heç bir effektiv müalicə və ya palliativ yardımın nəticə vermədiyi hallarda tətbiq oluna bilər.

Mövcud qaydalara əsasən, hər bir müraciət ciddi tibbi və hüquqi ekspertiza mərhələsindən keçir, bütün hallar isə nəzarət orqanları tərəfindən ayrıca qiymətləndirilir.

Xatırladaq ki, Niderland 2002-ci ildə evtanaziyanı qanuniləşdirən ilk ölkə olub. Hökumət hesab edir ki, yeni qaydalar ildə təxminən 5-10 uşağa şamil edilə bilər və bu prosedur yalnız son çarə kimi nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan XİN-dən Səudiyyə Ərəbistanına hüzn mesajı

Next Article

Güclü yağışdan sonra Qəbələyə sel gəldi – yollar keçilməz vəziyyətə düşdü

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Tramp İrana təhdid edir, sonra isə eyni gün ərzində geri addım atır.

Aysel Əlibəyli 19 May 2026 · 11:13 1076 baxış Tramp İrana qarşı sərt təhdidlər səsləndirir, lakin eyni gün ərzində vəziyyətin gərginləşməsi və mümkün nəticələrin ağırlığını nəzərə alaraq geri çəkilərək daha ehtiyatlı mövqe sərgiləyir. Elpress.az-ın xəbərinə […]

ABŞ İrana qarşı yeni hərbi əməliyyata başladı

Aysel Əlibəyli 09 İyul 2026 · 00:52 1040 baxış ABŞ Silahlı Qüvvələri İrana qarşı əlavə hava zərbələri endirməyə başlayıb. Elpress.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) rəsmi “X” hesabında məlumat […]

Avropa İttifaqından Rusiyanın Baş prokuroruna sanksiya

Aysel Əlibəyli 15 İyun 2026 · 15:22 1062 baxış Avropa İttifaqı Rusiyaya qarşı sanksiya siyahısını genişləndirərək 80-dən çox şəxs və təşkilatı qara siyahıya daxil edib. Elpress.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.Yeni […]

Soçi hava limanında reyslər təxirə salındı

Aysel Əlibəyli 24 İyul 2026 · 11:44 1012 baxış Soçi Beynəlxalq Hava Limanında 47 aviareysin uçuşu gecikib Elpress.az xəbər verir ki, Rusiyanın Soçi Beynəlxalq Hava Limanında ümumilikdə 47 aviareys təxirə salınıb. Gecikmələr həm hava limanından […]