--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Dağlıq rayonlarda yağış və leysan qeydə alınıb

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:02 1038 baxış

Bəzi ərazilərdə şimşək çaxıb, küləyin sürəti saniyədə 20 metrə çatıb

Elpress.az xəbər verir ki, Avqustun 30-da ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda yağış və qısamüddətli leysan müşahidə olunub.Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, axşam və gecə saatlarında ayrı-ayrı ərazilərdə yağış yağıb və şimşək çaxıb. Ağstafada 7 millimetr yağıntı qeydə alınıb. Daşkəsən, Gəncə, Tovuz, Şəmkir, Ceyrançöl, Zaqatala və Göyçayda isə yağıntının miqdarı 1 millimetrədək olub.Ölkənin bəzi ərazilərində şimal-qərb küləyi müşahidə edilib. Küləyin maksimal sürəti Culfa və Neftçalada saniyədə 20 metrə, Bakıda və Abşeron yarımadasında isə 17 metrə çatıb.Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan Muxtar Respublikasında 35, Aran rayonlarında 36, dağlıq ərazilərdə isə 26 dərəcəyədək yüksəlib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

MKİ direktoru Tramp-Putin-Zelenski görüşünü təklif edib

Next Article

ABŞ İnstitutu: Rusiya Slavyansk istiqamətində hücuma hazırlaşır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Müharibə Çernobılın vəhşi təbiətini yenidən təhlükəyə atır

Aysel Əlibəyli 25 May 2026 · 12:24 1121 baxış Rusiyanın apardığı müharibə Çernobıldakı vəhşi təbiət qoruğunu təhlükə altında qoyur. Elpress.az-ın məlumatına görə, Nüvə fəlakətindən sonra insanların tərk etdiyi ərazi təcrid zonası olaraq qalaraq zamanla vəhşi […]

Almaniyada “aclıq daşları” üzə çıxdı

Aysel Əlibəyli 10 Avqust 2026 · 00:16 1042 baxış Anomal istilər çayları qurudur: Almaniyada su səviyyəsi kritik həddə düşüb Elpress.az xəbər verir ki, Almaniyanın Saksoniya torpağında havaların həddindən artıq isti keçməsi çaylarda suyun səviyyəsinin kəskin […]

Tramp İrana təhdid edir, sonra isə eyni gün ərzində geri addım atır.

Aysel Əlibəyli 19 May 2026 · 11:13 1118 baxış Tramp İrana qarşı sərt təhdidlər səsləndirir, lakin eyni gün ərzində vəziyyətin gərginləşməsi və mümkün nəticələrin ağırlığını nəzərə alaraq geri çəkilərək daha ehtiyatlı mövqe sərgiləyir. Elpress.az-ın xəbərinə […]