--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Belçika NATO sammitində milyardlıq silah alışını açıqlaya bilər

Aysel Əlibəyli 02 İyul 2026 · 17:51 1048 baxış

Belçikanın yaxın günlərdə keçiriləcək NATO sammiti çərçivəsində hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı mühüm qərar açıqlayacağı gözlənilir.

Elpress.az xəbər verir ki, Belçikanın iyulun 7-8-də Ankarada keçiriləcək NATO sammiti zamanı 3,1 milyard avro dəyərində hava hücumundan müdafiə sistemlərinin alınması barədə rəsmi açıqlama verəcəyi gözlənilir. Bu barədə “Reuters” agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb.Məlumata görə, Belçika 10 ədəd NASAMS və 20 ədəd “Skyranger” hava hücumundan müdafiə sistemi satın almağı planlaşdırır. Sözügedən hərbi texnikanın ümumi dəyərinin 3,1 milyard avro təşkil etdiyi bildirilir.Agentliyin iddiasına əsasən, müqavilə Belçika hökuməti tərəfindən vaxtında təsdiqlənərsə, Brüssel bu iri həcmli müdafiə satınalmasını NATO sammiti çərçivəsində rəsmən elan edəcək. Bu addımın ölkənin müdafiə imkanlarının gücləndirilməsi istiqamətində mühüm qərarlardan biri olacağı qeyd edilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan Polisi 108 illiyini qeyd etdi

Next Article

Məşhur Hollivud aktyoru Alzheimer xəstəsi olduğunu açıqladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Oman körfəzində tankerə ABŞ zərbəsi

Aysel Əlibəyli 10 İyun 2026 · 22:02 1072 baxış ABŞ Oman körfəzində Palau bayrağı altında üzən “Settebello” tankerini hədəfə alıb. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sosial media hesabında yayılan məlumatda bildirilib ki, ardıcıl ikinci gün İrandan […]

Moskvanın əsas aeroportlarında uçuşlara məhdudiyyət qoyuldu

Aysel Əlibəyli 22 İyun 2026 · 15:06 1098 baxış Rusiyanın paytaxtı Moskvanın bütün əsas hava limanlarında təyyarələrin qəbulu və yola salınması müvəqqəti olaraq dayandırılıb. Elpress.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi […]

Trampdan 60 ölkəyə yeni rüsum

Aysel Əlibəyli 24 İyul 2026 · 12:01 1012 baxış ABŞ 60 ticarət tərəfdaşından idxal olunan mallara yeni gömrük rüsumları tətbiq edib Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası məcburi əməyə qarşı tədbirlərin kifayət […]