--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

Almaniyada iyunda suda boğulanların sayı son 23 ilin rekordunu yenilədi

Aysel Əlibəyli 12 İyul 2026 · 21:09 1160 baxış

Almaniyada iyun ayında qeydə alınan suda boğulma halları son 23 ilin eyni dövrü üzrə ən yüksək səviyyəyə çatıb.

Elpress.az xəbər verir ki, Almaniyada iyun ayı ərzində 99 nəfər suda boğularaq həyatını itirib. Bu göstərici 2003-cü ildən bəri iyun ayı üzrə qeydə alınan ən yüksək rəqəm hesab olunur. Sonuncu dəfə 2003-cü ilin iyununda 107 nəfər suda boğulmuşdu.Məlumata görə, ölüm hallarının əksəriyyəti göllərdə və çaylarda baş verib. Statistikaya əsasən, suda boğularaq ölənlərin 90 faizindən çoxunu kişilər təşkil edib. Gənclər arasında qeydə alınan bütün ölüm hallarında da zərərçəkənlərin kişi olduğu bildirilib.Həlak olanlardan 40 nəfərin yaşı 30-dan aşağı, 35 nəfərin yaşı isə 50-dən yuxarı olub. Ən çox ölüm hadisəsi Şimali Reyn-Vestfaliya (22 nəfər), Bavariya (21 nəfər) və Baden-Vürtemberq (13 nəfər) əyalətlərində qeydə alınıb.Mütəxəssislər bildirirlər ki, isti hava şəraiti insanların çay, göl və digər su hövzələrinə axınını artırır ki, bu da boğulma riskini yüksəldir. Onların sözlərinə görə, xüsusilə çaylarda güclü axınlar, suyun temperatur fərqi və təhlükənin düzgün qiymətləndirilməməsi faciəvi nəticələrə səbəb ola bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mingəçevir ərazisində boğularaq həyatını itirib.

Next Article

Rotterdamlı Erazm Martin Lüterə niyə qoşulmamışdı?

Bəlkə də, sizin üçün maraqlı olar ...;

ABŞ–İran sazişi virtual imzalanacaq

Aysel Əlibəyli 14 İyun 2026 · 12:28 1130 baxış Vaşinqton–Tehran razılaşması daha da yaxınlaşır ABŞ və İran rəsmiləri arasında davam edən gərgin danışıqlarda əldə olunan ilkin razılaşmanın yaxın günlərdə elektron imza ilə memorandum formasında rəsmiləşdirilməsi […]

Fransada əmanətlərə vergi təklifi siyasi gərginlik yaradıb

Aysel Əlibəyli 09 Sentyabr 2026 · 14:07 1064 baxış Hökumət yeni vergi ilə bağlı sənədin qərar olmadığını açıqlayıb, məlumat sızması araşdırılır Elpress.az xəbər verir ki, Fransada 2027-ci il Sosial Təminat Büdcəsinin hazırlanması çərçivəsində əməkdaşların topladığı […]