--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

ABŞ neftlə bağlı yeni proqnoz açıqladı

Aysel Əlibəyli 10 İyun 2026 · 12:17 1078 baxış

ABŞ-nin Enerji İnformasiya Administrasiyası (EIA) neft qiymətləri ilə bağlı yenilənmiş proqnozunu təqdim edib.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, qurumun qiymətləndirməsinə əsasən, 2026-cı ildə “Brent” markalı xam neftin bir barelinin orta qiymətinin 95,39 dollar səviyyəsində olacağı gözlənilir.Məlumata görə, əvvəlki hesabatda bu göstərici 95,85 dollar olaraq proqnozlaşdırılmışdı.EIA həmçinin “Light” markalı xam neft üzrə gözləntilərini də yeniləyib. Belə ki, cari il üçün bu markanın bir barelinin orta qiymətinin 88,32 dollar olacağı bildirilir. Ötən proqnozda isə qiymət 85,68 dollar səviyyəsində göstərilmişdi.Qurumun hesablamalarına görə, 2027-ci ildə “Brent” markalı neftin orta qiyməti 79,39 dollar, “Light” markalı neftin isə 74,39 dollar olacaq.Enerji bazarındakı dəyişikliklər və qlobal tələb-təklif balansı neft qiymətlərinin formalaşmasında əsas amillər kimi qiymətləndirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bu həftə səma möhtəşəm mənzərə təqdim edəcək

Next Article

Dövlət kitabların alınmasına hər il 600 min manata yaxın vəsait ayırır

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Slovakiya Prezidenti “Sea Breeze”lə tanış olub

Aysel Əlibəyli 15 İyul 2026 · 18:10 1036 baxış Slovakiya Prezidenti Peter Pelleqrini Bakıda yerləşən “Sea Breeze” istirahət mərkəzinə səfər edib. Elpress.az xəbər verir ki, Emin Ağalarov dövlət başçısına layihənin hazırkı vəziyyəti və gələcək inkişaf […]

Böyük Britaniyada daimi iş yerləri kəskin azaldı

Aysel Əlibəyli 08 İyun 2026 · 20:08 1072 baxış Böyük Britaniyada işəgötürənlər qlobal və ölkədaxili qeyri-müəyyənliyin artması səbəbindən daimi işçi qəbulu planlarını ya gecikdirir, ya da tamamilə dayandırırlar. KPMG və İşə Qəbul və Məşğulluq Konfederasiyasının […]

Xamenei ictimaiyyət qarşısına çıxmayacaq

Aysel Əlibəyli 18 İyul 2026 · 15:42 1020 baxış Müctəba Xameneinin ictimaiyyət qarşısına çıxmamasının səbəbi açıqlandı Elpress.az xəbər verir ki, İranın Ali Rəhbəri Müctəba Xameneinin ABŞ və İsraillə davam edən hərbi gərginlik səbəbindən yaxın müddətdə […]