--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bu həftə səma möhtəşəm mənzərə təqdim edəcək

Aysel Əlibəyli 10 İyun 2026 · 12:11 1072 baxış

Bu həftə axşam saatlarında səmanı izləyənləri maraqlı astronomik mənzərə gözləyir. Gün batımından sonra qərb üfüqündə Günəş sisteminin ən parlaq planetləri olan Venera və Yupiter bir-birinə olduqca yaxın görünəcək.

Elpress.az xəbər verir ki, astronom İqal Pat-Elin sözlərinə görə, bu nadir mənzərəni müşahidə etmək üçün ən əlverişli vaxt gün batımından sonrakı saatlardır.Mütəxəssis bildirib ki, yaxın günlərdə Venera və Yupiterə Aypara da qoşulacaq. Hava şəraiti əlverişli olarsa, Merkuri planetini də görmək mümkün olacaq.Hazırda Yerə daha yaxın olan Venera səmada Yupiterdən daha sürətlə hərəkət edir. Planetlərin ən yaxın görünəcəyi vaxtda Venera Yupiterin bir qədər yuxarısında və sağ tərəfində müşahidə olunacaq. Sonrakı günlərdə isə iki planet arasındakı məsafə yenidən artmağa başlayacaq.Astronomların məlumatına görə, iyunun 16-da Aypara Venera və Yupiter arasında yerləşərək daha maraqlı mənzərə yaradacaq. Diqqətli müşahidəçilər həmin vaxt Merkuri planetini də üfüqə yaxın hissədə seçə biləcəklər.Mütəxəssislər qeyd edirlər ki, planetlərin bu cür yaxın görünməsi astronomiya həvəskarlarının hər zaman marağına səbəb olur. Tarixdə baş vermiş bəzi nadir Venera-Yupiter qovuşmalarının isə qədim dövrlərdə yaranan məşhur səma əfsanələri ilə əlaqələndirildiyi bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda kitabxana fondunun yarıdan çoxu kiril əlifbasındadır

Next Article

ABŞ neftlə bağlı yeni proqnoz açıqladı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avqustda 10 gün iş olmayacaq

Aysel Əlibəyli 20 İyul 2026 · 16:50 1028 baxış Avqust ayında iş və istirahət günlərinin sayı açıqlanıb Elpress.az xəbər verir ki, Azərbaycanda avqust ayında rəsmi bayram və ya anım günü olmadığından qeyri-iş günləri yalnız həftəsonlarına […]

Qəbul imtahanının ikinci cəhdində iştirak etmək istəyənlər

Aysel Əlibəyli 01 İyun 2026 · 15:03 1088 baxış I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdində iştirak üçün qeydiyyat 2026-cı il iyunun 1-dən 8-dək həyata keçiriləcək. Elpress.az-ın Qafqazinfo.az-a […]