--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

Aysel Əlibəyli 24 Avqust 2026 · 20:25 1034 baxış

Tehranla əməkdaşlıq edən şirkətlər və maliyyə qurumları dollar sistemindən kənarlaşdırıla bilər

Elpress.az xəbər verir ki, ABŞ administrasiyası İrana qarşı maliyyə təzyiqlərini daha da gücləndirməyə hazırlaşır. Yeni tədbirlərin Tehranla iqtisadi əlaqələrini davam etdirən ölkə, şirkət və maliyyə qurumlarına ciddi təsir göstərəcəyi gözlənilir.ABŞ maliyyə naziri Skott Bessentin avqustun 24-də İrana qarşı ikinci dərəcəli sanksiyaların əhatəsinin genişləndirilməsini nəzərdə tutan tədbirləri açıqlayacağı bildirilir. Bessent planlaşdırılan addımları “iqtisadi D-Day” adlandıraraq, bunun ABŞ-ın rəqibinə qarşı həyata keçirdiyi ən genişmiqyaslı maliyyə təzyiqlərindən biri olacağını qeyd edib.Yeni sanksiyaların İranla iqtisadi əməkdaşlıq edən şirkətlərə, banklara və digər qurumlara şamil edilə biləcəyi bildirilir. Xüsusilə İran neftinin alınması və daşınmasında iştirak edən şirkətlərin, valyuta mübadiləsi həyata keçirən maliyyə qurumlarının və Tehranın idxal əməliyyatlarına dəstək verən vasitəçilərin hədəfə alınacağı gözlənilir.Bundan əlavə, aviasiya sektorunda fəaliyyət göstərən bəzi şirkət və qurumların da yeni sanksiyaların əhatəsinə düşə biləcəyi qeyd olunur. Tədbirlərin əsas məqsədinin İranın beynəlxalq maliyyə sisteminə çıxışını məhdudlaşdırmaq və Tehranla iqtisadi əlaqələri davam etdirən tərəflərə təzyiq göstərmək olduğu bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ali məktəblərdə vakant yerlər üzrə ixtisas seçimi başlayır

Next Article

İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İranda uçuşlara qoyulan qadağa götürüldü

Aysel Əlibəyli 08 İyun 2026 · 21:08 1098 baxış İran hava məkanında tətbiq olunan bütün məhdudiyyətlər aradan qaldırılıb və aviasiya fəaliyyəti mərhələli şəkildə bərpa olunur. Elpress.az xəbər verir ki, İran Mülki Aviasiya Təşkilatının yaydığı məlumata […]

Filippində daşqınlar 32 nəfərin ölümünə səbəb olub

Aysel Əlibəyli 30 Avqust 2026 · 12:31 1036 baxış Musson yağışları və tropik siklonların yaratdığı fəlakət 8 milyona yaxın sakinə təsir edib Elpress.az xəbər verir ki, Filippində son bir ay ərzində yağan güclü musson yağışları […]

Uitkoff Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb

Aysel Əlibəyli 07 Sentyabr 2026 · 19:07 1024 baxış ABŞ rəsmisi Moskva və Kiyevlə təmaslardan sonra üçtərəfli görüş ehtimalını açıqlayıb Elpress.az xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna münaqişəsinin həlli ilə bağlı […]