--:--:-- | 23 Sentyabr 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

ABŞ İran müharibəsində 45 “Reaper” PUA-sı itirib

Aysel Əlibəyli 13 Avqust 2026 · 21:08 1040 baxış

KİV: ABŞ ordusu İranla müharibə zamanı “MQ-9 Reaper” PUA-larının təxminən 25 faizini itirib

Elpress.az xəbər verir ki, ABŞ Silahlı Qüvvələri İranla müharibə zamanı “MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatlarının əhəmiyyətli hissəsini itirib.“The Washington Post” qəzetinin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, müharibə başlayandan bəri ABŞ ordusunun ən azı 45 “MQ-9 Reaper” PUA-sı sıradan çıxıb. Bu göstəricinin ölkənin həmin tipli PUA parkının təxminən 25 faizinə bərabər olduğu bildirilir. PUA-lar əsasən Hörmüz boğazı ətrafında istifadə olunub. Aşağı hündürlükdə və nisbətən aşağı sürətlə hərəkət edən bu aparatların İran və onun regiondakı müttəfiqləri üçün daha asan hədəfə çevrildiyi qeyd olunur.Qəzetin hesablamalarına görə, itirilən PUA-ların ümumi dəyəri 1,3 milyard dollardan çox ola bilər. Bununla belə, itkilərin hamısının vurulma nəticəsində baş vermədiyi, bəzi aparatların operatorlarla əlaqənin kəsilməsindən sonra qəzaya uğradığı bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Biləsuvarda mübahisə qanlı sonluqla bitib

Next Article

Toxumçuluq sahəsində yeni qaydalar qüvvəyə mindi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Krivoy Roqa raket zərbəsi: ölən və yaralananlar var

Aysel Əlibəyli 23 İyun 2026 · 13:59 1098 baxış Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə raket hücumu həyata keçirilib. Hadisə nəticəsində 3 nəfər həyatını itirib, 19 nəfər isə yaralanıb. Məlumat yerli rəsmilərə istinadən yayımlanıb.Şəhər şurasının […]

Dörd ölkə ABŞ tariflərinə etiraz etdi

Aysel Əlibəyli 24 İyul 2026 · 12:09 1062 baxış Yaponiya, Avstraliya, Cənubi Koreya və Yeni Zelandiya ABŞ-nin yeni tariflərini əsassız adlandırıb Elpress.az xəbər verir ki, Yaponiya, Avstraliya, Cənubi Koreya və Yeni Zelandiya ABŞ-nin bir sıra […]