--:--:-- | 25 Oktyabr 2026, Bazar
Son Xəbər
Yüklənir...

ABŞ bazalarının koordinatları ilə bağlı iddialar: Mobil telefonlar təhlükə mənbəyinə çevrilib

Aysel Əlibəyli 31 İyul 2026 · 10:50 1106 baxış

ABŞ hərbi bazalarının yerləşdiyi ərazilərlə bağlı məlumatların üçüncü tərəflərə ötürülməsi ehtimalı yenidən müzakirə mövzusuna çevrilib.

Elpress.az xəbər verir ki, xarici mediada yayılan məlumatlara görə, mobil cihazlardan əldə edilən geolokasiya məlumatlarının müxtəlif data brokerləri vasitəsilə alınıb-satılması təhlükəsizlik risklərini artırır.

Bildirilir ki, bu cür məlumatlar vasitəsilə insanların yerləşdiyi məkanlar müəyyən edilə bilər və həmin informasiyalara çıxışı olan şəxslərin dairəsi kifayət qədər genişdir.Məlumatlarda qeyd olunur ki, bir müddət əvvəl Reuters agentliyi ABŞ hərbi rəhbərliyinin Yaxın Şərqdə xidmət edən bəzi hərbçilərdən mobil telefonlarını təhvil verməsini nəzərdən keçirdiyini yazmışdı.İddialara əsasən, hərbçilərin mobil telefonlarla çəkdikləri görüntülərin sosial şəbəkələrdə paylaşılması hərbi obyektlərin yerləşdiyi məkanların müəyyən edilməsinə və onların təhlükəsizliyi ilə bağlı əlavə risklərin yaranmasına səbəb ola bilər.

Qeyd edək ki, səsləndirilən məlumatlar xarici media orqanlarının iddialarına əsaslanır və bununla bağlı rəsmi qurumlar tərəfindən əlavə təsdiqedici açıqlama verilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycanda sosial sığorta sistemində qeydiyyatda olanların sayı artıb

Next Article

Şəmkirdə qadının adını dəyişdirmək cəhdi nəticəsiz qalıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Kiyevə qanlı zərbə: Ölənlərin sayı 15-ə yüksəldi

Aysel Əlibəyli 06 İyul 2026 · 19:30 1130 baxış Rusiya Kiyevə raket və dronlarla hücum etdi: Dağıntılar artır, itkilər ağırlaşır Elpress.az xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə həyata keçirdiyi genişmiqyaslı raket və […]

Avstriyada uşaqlar üçün sosial şəbəkə qadağası

Aysel Əlibəyli 31 İyul 2026 · 12:56 1078 baxış Avstriyada 14 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək Elpress.az xəbər verir ki, Avstriya hökuməti uşaqların internetdə təhlükəsizliyinin artırılması məqsədilə yeni qaydalar paketini təsdiqləyib.Qanun layihəsinə […]

İranda etirazçı gənc edam edildi

Aysel Əlibəyli 03 Avqust 2026 · 16:13 1072 baxış Yanvar etirazlarında saxlanılan 19 yaşlı Xeyrxah haqqında ölüm hökmü icra olundu Elpress.az xəbər verir ki, İranda ölkə miqyasında baş verən nümayişlər zamanı həbs edilən 19 yaşlı […]

Sumıda evə dron zərbəsi: ana və oğlu öldü

Aysel Əlibəyli 14 Avqust 2026 · 12:47 1056 baxış Rusiya ordusunun hücumu nəticəsində 29 yaşlı qadın və 9 yaşlı oğlu həyatını itirib Elpress.az xəbər verir ki, Ukraynanın Sumı vilayətində yaşayış evinə dronla endirilən zərbə nəticəsində […]