--:--:-- | 13 İyun 2026, Şənbə
Son Xəbər
Yüklənir...

65 yaşdan yuxarı şəxslərə VACİB XƏBƏR: 2030-cu ilədək…

Aysel Əlibəyli 21 May 2026 · 22:18 32 baxış

Dünyada əhali tərkibinin dəyişməsi ilə bağlı mühüm dönüş proqnozlaşdırılır.

65 yaşdan yuxarı şəxslərlə bağlı dünyada diqqətçəkən dəyişikliklərin baş verəcəyi gözlənilir. Elpress.az -ın milli.az – aistinadən verilən məlumata görə, mütəxəssislər hesab edir ki, 2030-cu ilədək 65 yaş və üzəri insanların sayı gənc əhalini geridə qoyacaq. Hətta yaşlıların sayının 5 yaşdan kiçik uşaqlardan iki dəfə çox olacağı proqnozlaşdırılır.Birləşmiş Millətlər Təşkilatının açıqladığı proqnozlar bir çox ölkədə sosial siyasətin yenilənməsini gündəmə gətirib. Xüsusilə Avropa və Asiya ölkələri sürətlə qocalan əhali ilə bağlı yeni həll yolları axtarır.Qurumun hesablamalarına əsasən, dünya əhalisinin sayı 2030-cu ildə 8,5 milyarda, 2050-ci ildə isə 9,7 milyarda çatacaq. 2100-cü ildə bu göstəricinin 10,4 milyard olacağı ehtimal edilir.Məlumata görə, yaxın illərdə 65 yaşdan yuxarı insanların sayı 15-24 yaş arası gəncləri üstələyəcək. Bununla yanaşı, yaşlı əhalinin sayı azyaşlı uşaqların sayından iki dəfə artıq olacaq.Araşdırmalar göstərir ki, 2050-ci ildə dünyada yaşayan yaşlı insanların sayı 1,6 milyarda yüksələcək. Bu halda onların dünya əhalisindəki payı 16 faizdən çox təşkil edəcək.BMT-nin “2023 Dünya Sosial Hesabatı”nda bildirilir ki, ən yaşlı əhali əsasən Asiya və Avropa ölkələrində yaşayır. Siyahıda əhalisinin 30 faizi 65 yaşdan yuxarı olan Yaponiya ilk sıradadır. İtaliya 23 faizlə ikinci yerdə qərarlaşıb. Finlandiya, Portuqaliya və Yunanıstanda isə bu göstərici 22 faizə yaxındır.Ekspertlər hesab edirlər ki, gələcəkdə Honq-Konq və Cənubi Koreyada yaşlı əhalinin payı 40 faizə qədər yüksələrək Yaponiyanı da qabaqlaya bilər.Mütəxəssislərin sözlərinə görə, inkişaf etməkdə olan ölkələrdə əhalinin yaşlanması daha sürətli tempdə davam edir. 2050-ci ilə qədər yaşlı insanların böyük hissəsinin məhz bu ölkələrdə yaşayacağı gözlənilir.BMT yaşlı insanların ehtiyaclarına uyğun səhiyyə və sosial xidmətlərin genişləndirilməsinin vacibliyini vurğulayır. Xüsusilə demensiya kimi xəstəliklərdən əziyyət çəkən şəxslərə dəstəyin artırılması əsas prioritetlərdən biri kimi göstərilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Kəlbəcərdə işğal və zəfər muzeyləri kompleksinin tikintisi planlaşdırılır

Next Article

Fransanın səfiri bildirib ki, Azərbaycanda təşkil olunan WUF13 forumu böyük uğurla yadda qalıb.

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Nigeriada 17 polis əməkdaşı həyatını itirib.

Aysel Əlibəyli 17 May 2026 · 12:51 27 baxış Nigerianın şimal-şərqində yerləşən təlim mərkəzinə edilən silahlı hücumda 17 polis öldürülüb. Elpress.az-ın azertac.az-a istinadən verdiyi məlumata əsasən, bu barədə Emirates News Agency Nigeriya Polisinin bəyanatına əsasən […]

Tramp: 159 milyardlıq tariflər geri qaytarıla bilər

Elşən 25 Aprel 2026 · 06:56 29 baxış ABŞ-ın United States Supreme Court qərarından sonra hökumətin əvvəllər topladığı 159 milyard dollar həcmində tarif vəsaitlərini geri qaytarmalı ola biləcəyi iddia edilir. Bu barədə ABŞ-ın keçmiş prezidenti […]

Benjamin Netanyahu: “İran nüvə silahına sahib olmayacaq”

Aysel Əlibəyli 08 İyun 2026 · 19:49 30 baxış “İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyimə yenidən söz verirəm.” Benjamin Netanyahu İranla artan gərginlik fonunda çıxış edərək bildirib ki, İranın nüvə silahı əldə etməsinə qətiyyən […]

Pakistanda terror hücumu: ölən və yaralananlar var

Aysel Əlibəyli 12 İyun 2026 · 16:32 16 baxış Pakistanın şimal-qərbində törədilən terror aktı insan tələfatı və yaralanmalarla nəticələnib. Elpress.az xarici mediaya istinadən xəbər verir ki, Xayber Paxtunxva əyalətində kamikadze terrorçu məscidin yaxınlığında üzərindəki partlayıcı […]