--:--:-- | 26 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Yasamalda yol infrastrukturu yenilənir: Asfaltlanma işləri davam edir

Aysel Əlibəyli 28 İyul 2026 · 11:38 1044 baxış

Yasamal rayonunda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində genişmiqyaslı yol-təmir işləri davam etdirilir. Rayonun əsas küçələri ilə yanaşı, məhəllədaxili yollarda da asfalt örtüyünün yenilənməsi həyata keçirilir.

Elpress.az xəbər verir ki, aparılan işlər paytaxtın yol şəbəkəsinin yaxşılaşdırılması və sakinlərin rahat gediş-gəlişinin təmin olunması məqsədi daşıyır.Hazırda Hüseyn Cavid prospektinin müxtəlif hissələrində, Nazim Hikmət, Şeyx Məhəmməd Xiyabani və Ayna Sultanova küçələrində, eləcə də Kənar Dairəvi yolun müəyyən hissəsində köhnə asfalt qatı sökülərək yeni yol örtüyü salınır.

Bununla yanaşı, yaşayış massivlərində yerləşən daxili yollar da mərhələli şəkildə təmir olunur.Layihə çərçivəsində yol örtüyünün keyfiyyətinin artırılması, hərəkətin təhlükəsizliyinin təmin edilməsi və nəqliyyatın daha rahat təşkilinə yönəlmiş tədbirlər görülür. Yenilənən küçələrdə həm sürücülər, həm də piyadalar üçün daha əlverişli şərait yaradılması nəzərdə tutulur.Məlumata görə, rayonda abadlıq və infrastrukturun yenilənməsi ilə bağlı tədbirlər növbəti mərhələlərdə də davam etdiriləcək.

Həyata keçirilən işlərin Yasamalın şəhərsalma görünüşünün yaxşılaşmasına və sakinlərin gündəlik həyatına müsbət təsir göstərəcəyi bildirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mərkəzi Çağırış Komissiyasında TƏBİB-in təmsilçiliyi dəyişdirildi

Next Article

İlham Əliyev və Vladimir Putin regional məsələləri müzakirə ediblər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəhərətrafı qatarların cədvəli dəyişdirilir

Aysel Əlibəyli 24 Avqust 2026 · 20:12 1010 baxış Xırdalan–Biləcəri yolunda təmir işləri səbəbindən qatarların hərəkətində müvəqqəti dəyişiklik olacaq Elpress.az xəbər verir ki, Xırdalan–Biləcəri dəmir yolu sahəsində aparılan təmir işləri ilə əlaqədar şəhərətrafı qatarların hərəkət […]

Bu 3 amil demensiyanı gecikdirə bilər

Aysel Əlibəyli 10 Avqust 2026 · 00:23 1018 baxış Siqaretdən uzaq durmaq, təzyiq və qan şəkərinə nəzarət demensiya riskini azalda bilər Elpress.az xəbər verir ki, Orta yaşlarda bəzi sağlamlıq göstəricilərinə nəzarət etmək demensiyanın başlanmasını əhəmiyyətli […]

Bakının 5 əsas yolunda sıxlıq yaranıb – SİYAHI

Aysel Əlibəyli 18 Avqust 2026 · 08:39 1022 baxış Elpress.az xəbər verir ki, Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Məlumata görə, hazırda sıxlıq olan ərazilər bunlardır: 1-ci Göl kənarı yolu […]