--:--:-- | 13 Oktyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Nazir: Azərbaycanda hər 3 nəfərdən 2-si oxuduğunu anlamır

Aysel Əlibəyli 08 Sentyabr 2026 · 12:32 1048 baxış

Elpress.az xəbər verir ki, Azərbaycanda şagirdlərin oxuduğunu anlama bacarığı ilə bağlı ciddi pedaqoji problem müşahidə olunur.

Elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 nəticələrinin təqdimatı zamanı bildirib ki, xüsusilə Bakı üzrə oxu savadlılığı göstəricilərində geriləmə qeydə alınıb.Nazirin sözlərinə görə, məsələ yalnız Azərbaycan üçün deyil, region üçün də xarakterikdir. O qeyd edib ki, nəticələrin yaxın illərdə 500 bala çatdırılması real görünməsə də, 2033-cü ilədək bu göstəriciyə nail olmaq mümkündür.Emin Əmrullayev diqqətə çatdırıb ki, PISA araşdırmalarının nəticələrinə əsasən, Azərbaycanda üç nəfərdən təxminən ikisi oxuduğunu tam anlamır.Nazir problemin həlli üçün müəllimlərin seçimi və sertifikatlaşdırılması prosesində oxu bacarıqlarına daha çox diqqət yetirilməsinin vacibliyini vurğulayıb.

Onun fikrincə, yalnız qrammatika və dil qaydalarını yoxlayan suallarla bu istiqamətdə ciddi dəyişiklik əldə etmək mümkün deyil.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Mərkəzi Bank bu günün valyuta məzənnələrini açıqlayıb

Next Article

Media və Yayım Şurasına yeni sədr və üzvlər təyin edildi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Avropadan Azərbaycana turist axını artmaqda davam edir

Aysel Əlibəyli 02 İyul 2026 · 14:55 1114 baxış Elpress.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana Avropa ölkələrindən 60 min 269 turist səfər edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 […]

Naxçıvan Yol Agentliyində təyinat qaydası dəyişdi

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 19:39 1068 baxış Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin idarəetmə sistemində dəyişiklik edilib. Yeni qərarla İdarə Heyətinin formalaşdırılması ilə bağlı səlahiyyətlər yenidən müəyyənləşdirilib. Elpress.az xəbər verir ki, “Naxçıvan Avtomobil Yolları […]

İyulda şansı üzünə güləcək 4 bürc açıqlandı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:42 1100 baxış Astroloqların proqnozuna görə, iyul ayı dörd bürc üçün yeni imkanlar, xoş sürprizlər və mühüm dəyişikliklərlə yadda qala bilər. Elpress.az-ın Oxu.az-a istinadən verdiyi məlumata əsasən, İyul ayı […]