--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Masallıda 3 tondan çox yararsız ət dövriyyədən çıxarıldı

Aysel Əlibəyli 06 İyul 2026 · 18:41 1046 baxış

Masallı rayonunda keçirilən yoxlama zamanı 3 tondan artıq insan istehlakı üçün yararsız ət aşkarlanıb.

Elpress.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları rayonun Kürdəbaz kəndində yerləşən soyuducu anbarda nəzarət tədbiri həyata keçiriblər.

Yoxlama zamanı ümumi çəkisi 3050 kiloqram olan və korlanma əlamətləri müşahidə edilən ətlər müəyyən edilərək dövriyyədən çıxarılıb. Məhsullardan götürülən nümunələrin laborator müayinəsi nəticəsində onların insan istehlakı üçün yararsız olduğu təsdiqlənib.

Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülür, yararsız ətlərin məhv edilməsi prosesi davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan Hərbi Hava Qüvvələri döyüş hazırlığını artırır – təlim uçuşları keçirildi

Next Article

Rusiya-Ukrayna savaşında sülh siqnalı: Tərəflər münaqişəni bitirmək istəyir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Milli Məclis büdcənin icrası haqqında qanunu qəbul etdi

Aysel Əlibəyli 30 İyun 2026 · 11:37 1112 baxış Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Sənədə əsasən, 2025-ci il dövlət büdcəsinin icrası […]