--:--:-- | 05 Oktyabr 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Bu il 125 mindən çox azərbaycanlı birinci sinfə başlayır

Aysel Əlibəyli 15 Sentyabr 2026 · 09:28 1051 baxış

Elpress.az xəbər verir ki, bu il Azərbaycanda 125 mindən çox uşaq ilk dəfə məktəbə qədəm qoyaraq təhsil həyatının yeni mərhələsinə başlayacaq.


Bunu elm və təhsil naziri Emin Əmrullayev Bilik Günü münasibətilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 21 nömrəli tam orta məktəbdə çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, 125 mindən çox uşağın birinci sinfə başlaması onlar üçün həyatlarının yeni mərhələsinin başlanması deməkdir. Onun sözlərinə görə, məktəb illərində əldə olunan bilik və təcrübənin insan həyatında xüsusi əhəmiyyəti var.
Emin Əmrullayev şagirdlərin qarşısında duran əsas vəzifələrdən də danışıb. O vurğulayıb ki, uşaqlar yaxşı şagird olmaqla yanaşı, yaxşı insan kimi formalaşmağa da çalışmalıdırlar.
Nazir yeni tədris ilinin başlanması münasibətilə müəllimlərə uğurlar arzulayıb, valideynləri də təbrik edib.
Emin Əmrullayev valideynlərin tədris prosesində müəllimlərlə əməkdaşlıq etməsinin vacibliyini qeyd edərək, birgə fəaliyyətin daha böyük nəticələrə gətirib çıxara biləcəyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

“Neftçi” Elvin Camalovla yollarını ayırıb

Next Article

Bakıda 18 istiqamətdə sıxlıq yaranıb – yolların siyahısı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Sabah 3 rayonda qaz təchizatında fasilə olacaq

Aysel Əlibəyli 30 Avqust 2026 · 19:35 1040 baxış Bakının Xətai, Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərində qazın verilişində müvəqqəti fasilə yaranacaq.Elpress.az xəbər verir ki, payız-qış mövsümünə hazırlıq, aşkar edilmiş qaz sızmasının aradan qaldırılması və […]

Bu gün elektrik enerjisi ilə bağlı MƏHDUDİYYƏT olacaq

Aysel Əlibəyli 04 Sentyabr 2026 · 09:02 1048 baxış Elpress.az xəbər verir ki, sentyabrın 4-də Bakı və Abşeronun bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq.“Azərişıq” ASC-dən bildirilib ki, məhdudiyyətlər elektrik şəbəkələrində aparılacaq təmir […]

Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib

Aysel Əlibəyli 17 İyul 2026 · 00:09 1078 baxış Bakı şəhər prokurorluğunda cari ilin birinci yarımilinin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Elpress.az xəbər verir ki, müşavirədə cinayətkarlığa qarşı mübarizə, axtarışda olan və xəbərsiz itkin […]