--:--:-- | 12 Sentyabr 2026, Şənbə
Son Xəbər
Yüklənir...

Azərbaycan hərbçilərinə 4 aylıq ingilis dili təlimi

Aysel Əlibəyli 25 Avqust 2026 · 18:52 1038 baxış

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Xarici Dil Mərkəzində hərbi qulluqçular üçün ingilis dili kursuna start verilib.

Elpress.az xəbər verir ki, kurs ABŞ Müdafiə Dil İnstitutunun (DLI) təlimatçılarının iştirakı ilə təşkil olunub. Açılış mərasimində institutun rəhbərliyi, Xarici Dil Mərkəzinin professor-müəllim heyəti və kursa cəlb edilən hərbi qulluqçular iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Çıxışlarda xarici dil biliklərinin hərbi qulluqçuların peşəkar hazırlığında mühüm əhəmiyyət daşıdığı vurğulanıb və kurs iştirakçılarına uğurlar arzulanıb.

Dörd ay davam edəcək təlimlər çərçivəsində ABŞ Müdafiə Dil İnstitutunun təlimatçıları tərəfindən hərbçilərin ingilis dili üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Dərslər zamanı iştirakçıların dinləmə, oxu, yazı və danışıq qabiliyyətlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetiriləcək.Kursun təşkili və tədris prosesi barədə iştirakçılara ətraflı məlumat verilib. Tədbirin sonunda xatirə fotosu çəkdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Formula 1 yarışı ilə bağlı Azərbaycana gələnlərə viza proseduru sadələşdirilir

Next Article

Hörmüz boğazında yeni dəniz dəhlizi yaradılacaq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyevin yeni təyin etdiyi nazir müavini kimdir?

Aysel Əlibəyli 07 İyul 2026 · 11:28 1084 baxış Prezident İlham Əliyevin sərəncamı ilə səhiyyə nazirinin müavini təyin edilən Rüfət Hacıəlibəyov uzun illər rəqəmsal transformasiya və informasiya texnologiyaları sahəsində fəaliyyət göstərib. Elpress.az xəbər verir ki, […]

Valideynlərin uşaqlar arasında favorit seçdiyi iddia olunur

Aysel Əlibəyli 30 İyul 2026 · 16:28 1044 baxış Araşdırmalara görə, valideynlər bəzən uşaqlarından birinə digərləri ilə müqayisədə emosional olaraq daha yaxın ola bilirlər. Elpress.az xəbər verir ki, Psychology Today jurnalının istinad etdiyi araşdırmalarda valideynlərin […]