--:--:-- | 26 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Avropadan Azərbaycana turist axını artmaqda davam edir

Aysel Əlibəyli 02 İyul 2026 · 14:55 1052 baxış

Elpress.az xəbər verir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana Avropa ölkələrindən 60 min 269 turist səfər edib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur. Dövlət Turizm Agentliyinin hesabatına əsasən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 30 min 175 turist gəlib ki, bu da illik müqayisədə 1,4 faiz artım deməkdir.

Region üzrə ən çox turist Ukraynadan gəlib. Belə ki, dörd ay ərzində Ukraynadan Azərbaycana 10 min 544 nəfər səfər edib. Qərbi Avropa ölkələrindən gələn turistlərin sayı isə daha yüksək artım nümayiş etdirib. Yanvar-aprel aylarında bu regiondan ölkəmizə 30 min 94 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz çoxdur. Qərbi Avropa ölkələri arasında ilk sırada Böyük Britaniya qərarlaşıb.

Hesabat dövründə bu ölkədən Azərbaycana 7 min 416 turist gəlib. Sonrakı yerlərdə Almaniya (7 min 45 nəfər), İtaliya (4 min 314 nəfər), Fransa (1 min 891 nəfər) və İspaniya (1 min 887 nəfər) qərarlaşıb.

Ümumilikdə isə bu ilin ilk dörd ayında Azərbaycana 175 ölkədən 658,1 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz azdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bu istiqamətdə əlavə qatar reysləri istifadəyə verildi

Next Article

108 illik fədakarlıq yolu: İnsanların təhlükəsizliyi naminə

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Yüksək zəkaya sahib insanların ortaq xüsusiyyəti məlum oldu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:15 1028 baxış Psixoloqlar açıqladı: Yüksək zəkaya sahib insanların ən mühüm ortaq xüsusiyyəti bəlli olub Elpress.az-ın məlumatına əsasən, Yüksək idrak qabiliyyətinə malik insanların düşüncə prosesləri üzərində aparılan araşdırmalar göstərir […]

Bu üç bürc üçün uğurlu dövr başlayıb

Aysel Əlibəyli 17 İyul 2026 · 00:25 1024 baxış Astroloqların proqnozuna görə, Saturnun birbaşa hərəkətə keçməsi ilə üç bürc üçün maliyyə sabitliyi, daxili harmoniya və yeni imkanlarla müşayiət olunan əlverişli dövr başlayıb. Elpress.az xəbər verir […]

Nikah və boşanma sayı azalıb

Aysel Əlibəyli 21 İyul 2026 · 14:44 1026 baxış Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Elpress.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk beş ayında ölkədə 15 […]