--:--:-- | 03 Noyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Mirziyoyev: Humanitar əməkdaşlıq prioritetimizdir

Aysel Əlibəyli 31 İyul 2026 · 12:44 1114 baxış

Özbəkistan Prezidenti Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə humanitar əlaqələrin gücləndirilməsini vacib sayıb

Elpress.az xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasında humanitar əməkdaşlığın ölkəsi üçün əsas istiqamətlərdən biri olaraq qaldığını bildirib.O, bu fikirləri Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Qeyri-rəsmi Məşvərət Görüşündə səsləndirib.Mirziyoyev xalqlar arasında tarixi əlaqələrə diqqət çəkərək onların əsrlər boyu birgə yaşadığını, ticarət etdiyini, bilik və mədəni ənənələrini bölüşdüyünü qeyd edib. Onun sözlərinə görə, müasir əməkdaşlığın inkişafı ortaq dəyərlər və ümumregional kimlik hissini daha da gücləndirir.Özbəkistan Prezidenti humanitar sahədə əməkdaşlığın yeni məzmunla inkişaf etdirilməsinin xalqlar arasında birlik, həmrəylik və qarşılıqlı anlaşmanı möhkəmləndirəcəyini vurğulayıb. O, görüş zamanı irəli sürülən təşəbbüsləri dəstəklədiyini və imzalanan Bəyannamənin əldə edilmiş razılaşmaları əks etdirdiyini bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İlham Əliyev: Mərkəzi Asiya ilə əlaqələr prioritetdir

Next Article

İtaliya futbolunun əfsanəsi vəfat etdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

İlham Əliyev Böyük Britaniyanın ticarət nazirini qəbul edib

Aysel Əlibəyli 06 Oktyabr 2026 · 16:03 1094 baxış Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ticarət üzrə dövlət naziri Lord Anas Sarvarı qəbul edib. Elpress.az xəbər verir ki, görüş oktyabrın […]

Prezidentin İnvestisiya Forumunda iştirakından video yayımlanıb

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:27 1100 baxış İlham Əliyevin forumdakı iştirakına dair görüntülər paylaşılıb Elpress.az xəbər verir ki, Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirakını əks etdirən videoçarx sosial media hesablarında […]

Kreml: Putin Zelenskinin açıq məktubu ilə tanışdır

Aysel Əlibəyli 05 İyun 2026 · 14:08 1216 baxış Rusiya Prezidenti Vladimir Putin Ukrayna lideri Volodimir Zelenskinin ünvanladığı açıq məktub barədə məlumatlandırılıb. Elpress.az xəbər verir ki, bu barədə Kremlin nümayəndələri məlumat veriblər. Bildirilib ki, dövlət […]