Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycanda keçirilən “Birliyin Gücü-2026” birgə hərbi təliminin Seçkin Müşahidəçi Günü çərçivəsində təşkil olunan tədbirlərdə iştirak edib.
Elpress.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Yaşar Güler Şuşada təşkil olunan təlimlərin keçirildiyi əraziyə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Ercüment Tatlıoğlu, Quru Qoşunlarının komandanı, ordu generalı Metin Tokel və Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Rafet Dalkıranla birlikdə gedib.
Türkiyənin müdafiə naziri təlim meydanında Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovla bir araya gəlib.
Görüş zamanı nümayəndə heyəti təlim çərçivəsində nümayiş etdirilən hərbi imkanlarla tanış olub, həmçinin istifadə olunan silah, sursat və müasir texnologiyalara baxış keçirib.


