--:--:-- | 27 İyul 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

Psixiatriya müayinəsinə yeni əsas: prokuror və DİN qərarı nəzərə alınacaq

Aysel Əlibəyli 17 İyun 2026 · 13:30 1124 baxış

Psixiatriya yardımı ilə bağlı qanunvericilik yenilənir: hüquqi boşluqlar aradan qaldırılacaq

Psixi pozuntusu olan şəxslərin məcburi psixiatriya müayinəsi ilə bağlı yeni qaydalar təklif edilir“Psixiatriya yardımı haqqında” qanuna dəyişiklik layihəsi psixiatriya yardımı sahəsində mövcud hüquqi boşluqların aradan qaldırılması, tibbi müdaxilələrin hüquqi əsaslarının dəqiqləşdirilməsi və bu sahədə qaydaların daha da təkmilləşdirilməsi məqsədi daşıyır.Milli Məclisin Səhiyyə komitəsinin iclasında qanun layihəsinin müzakirəsi zamanı parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev bildirib ki, təklif olunan dəyişikliklər psixi pozuntusu olan şəxslərin və ətrafındakı insanların təhlükəsizliyinin təmin edilməsinə yönəlib.Yeni dəyişikliklərə əsasən, psixiatriya yardımının gecikdirilməsi şəxsin özünün və ya digər insanların həyat və sağlamlığı üçün təhlükə yarada biləcəyi hallarda, həmin şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olmadan psixiatriya müayinəsinə aparılması mümkün olacaq.Bu zaman prokurorun və Daxili İşlər Nazirliyinin inzibati araşdırma aparan səlahiyyətli şəxsinin qərarı psixiatriya müayinəsinin həyata keçirilməsi üçün əsaslardan biri kimi müəyyən ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının küçəsində qadınla kişi arasında dava

Next Article

“Real Madrid”dən bomba transfer: Bernardo Silva komandaya qoşuldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

NK məcburi köçkünlərlə bağlı qaydanı təsdiqləyəcək

Aysel Əlibəyli 23 İyul 2026 · 13:42 1014 baxış Nazirlər Kabineti azad edilmiş ərazilərə köçürülən məcburi köçkünlərə veriləcək yaşayış sahələrinin mülkiyyətə verilməsi qaydasını dörd ay ərzində təsdiqləyəcək. Elpress.az xəbər verir ki, Prezidentin fərmanına əsasən, Nazirlər […]

İlham Əliyev Berlində rəsmi qarşılandı

Aysel Əlibəyli 21 İyul 2026 · 15:17 1018 baxış Prezident İlham Əliyevin Almaniyada rəsmi qarşılanma mərasimi keçirilib Elpress.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində Berlində rəsmi qarşılanma mərasimi keçirilib.Almaniya Federativ Respublikasının […]

Trampdan İrana sərt xəbərdarlıq

Aysel Əlibəyli 21 İyun 2026 · 18:02 1112 baxış Elpress.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trump İranı Livandakı “Hizbullah” hərəkatı ilə bağlı sərt şəkildə xəbərdar edib. Donald Tramp sosial şəbəkə hesabında paylaşdığı açıqlamada Tehranın […]