--:--:-- | 26 Avqust 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Prezident İlham Əliyev Mərakeş Kralını milli bayram münasibətilə təbrik edib

Aysel Əlibəyli 30 İyul 2026 · 11:11 1036 baxış

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeş Krallığının milli bayramı münasibətilə Kral VI Məhəmmədə təbrik məktubu göndərib.

Elpress.az xəbər verir ki, dövlət başçısı məktubunda Mərakeş xalqına səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Mərakeş arasında dostluq münasibətlərinin tarixi əsaslara söykəndiyini vurğulayaraq, iki ölkə arasında əməkdaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Məktubda qeyd olunub ki, qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi və dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində birgə səylər bundan sonra da davam etdiriləcək.

Dövlət başçısı Kral VI Məhəmmədə möhkəm cansağlığı, fəaliyyətində uğurlar, Mərakeş xalqına isə əmin-amanlıq və rifah arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xətai rayonundakı poliklinikanın baş həkimi vəzifəsindən azad edilib

Next Article

Bakı metrosunda gecə saatlarında qatarların hərəkətində qısamüddətli fasilə yaranıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Peter Pelleqrini Azərbaycandan yola düşdü

Aysel Əlibəyli 15 İyul 2026 · 18:27 1040 baxış Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatdı, hava limanında rəsmi yola salınma mərasimi keçirildi Elpress.az xəbər verir ki, Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrininin Azərbaycan Respublikasına həyata […]

Səidə Mirziyoyeva: Azərbaycanla Özbəkistanı xüsusi dostluq bağlayır

Aysel Əlibəyli 25 Avqust 2026 · 21:59 1012 baxış Azərbaycan və Özbəkistan arasında xüsusi dostluq münasibətləri mövcuddur. Elpress.az xəbər verir ki, bunu Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana son səfərini […]