--:--:-- | 22 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Paşinyan: Ermənistan Aİ üzvlüyünə hazır deyil

Aysel Əlibəyli 07 İyun 2026 · 12:42 1116 baxış

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin hazırda Avropa İttifaqına üzvlük üçün müraciət etmədiyini və buna hazır olmadığını bildirib.

Parlament seçkilərində səsvermədən sonra jurnalistlərin suallarını cavablandıran hökumət başçısı qeyd edib ki, Avrasiya İqtisadi İttifaqından çıxmaq məsələsi real görünmür. Elpress.az xəbər verir ki, Onun sözlərinə görə, qurum daxilində bütün qərarlar üzv ölkələrin razılığı ilə qəbul edilir və hər bir dövlət veto hüququna malikdir.Paşinyan Avropa İttifaqına inteqrasiya ilə bağlı referendumun keçirilməsinin də hazırda müzakirə olunmadığını vurğulayıb. O bildirib ki, belə bir prosesin başlanması üçün ilk növbədə rəsmi üzvlük və ya namizədlik müraciəti edilməlidir.Baş nazir əlavə edib ki, Ermənistanın bu istiqamətdə addım atması üçün hələ lazımi şərtlər formalaşmayıb. Bununla yanaşı, o, Aİİ-dəki bəzi tərəfdaşların davranışlarının Ermənistan cəmiyyətində təşkilata münasibətə mənfi təsir göstərdiyini də qeyd edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Lənkəranda ağır qəza: sürücü hadisə yerində həyatını itirdi

Next Article

Praqada 60 ölkəni birləşdirən festival

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan–Aİ Prioritetləri Razılaşdırıldı

Aysel Əlibəyli 03 İyun 2026 · 18:21 1126 baxış Bakıda 2-3 iyun tarixlərində Azərbaycan və Avropa İttifaqı nümayəndələri yeni hərtərəfli saziş layihəsi və 2026-2030-cu illər üçün nəzərdə tutulan Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparıblar. Elpress.az-ın […]