--:--:-- | 09 Oktyabr 2026, Cümə
Son Xəbər
Yüklənir...

Əli Əsədov Suriya rəsmisi ilə görüşdü – əməkdaşlığın yeni istiqamətləri müzakirə edildi

Aysel Əlibəyli 26 Sentyabr 2026 · 14:28 1078 baxış

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriyanın iqtisadiyyat və sənaye naziri Məhəmməd əl-Saar ilə görüş keçirib.

Elpress.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.Görüşdə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı baxımından əhəmiyyəti qeyd olunub.Tərəflər Azərbaycan-Suriya münasibətlərinin son dövrdə müsbət istiqamətdə inkişaf etdiyini vurğulayıblar. Prezident İlham Əliyev ilə Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa arasında keçirilən görüşlərin və davamlı təmasların siyasi dialoqun möhkəmlənməsinə imkan yaratdığı bildirilib.Azərbaycan təbii qazının Suriyaya tədarükü iki ölkə arasında iqtisadi əməkdaşlığın real nəticə verdiyini göstərən mühüm nümunələrdən biri kimi qiymətləndirilib.Görüşdə humanitar sahədə həyata keçirilən layihələrə də diqqət çəkilib. Bu çərçivədə Azərbaycan Hökumətinin dəstəyi ilə Suriyada təhsil infrastrukturunun bərpasına yönəlmiş təşəbbüslərin əhəmiyyəti vurğulanıb.Danışıqlar zamanı ticarət-iqtisadi əlaqələr, investisiya, energetika, infrastruktur və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.Görüşdə Azərbaycan Baş nazirinin müavini Samir Şərifov da iştirak edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Prezidentin İnvestisiya Forumunda iştirakından video yayımlanıb

Next Article

İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalanıb

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan-Türk dünyası əlaqələri yeni mərhələdə

Aysel Əlibəyli 30 İyul 2026 · 17:04 1074 baxış Azərbaycanın Türk dövlətləri ilə münasibətləri müttəfiqlik səviyyəsində inkişaf edir Elpress.az xəbər verir ki, Azərbaycanın Türk dövlətləri və Mərkəzi Asiya ölkələri ilə əlaqələri son illərdə yeni inkişaf […]

Azərbaycan kanoeçisi Avropa çempionatında gümüş medal qazandı

Aysel Əlibəyli 26 İyul 2026 · 19:09 1126 baxış Macarıstanın Seqed şəhərində keçirilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək idmançılar arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu çıxışı ilə diqqət çəkib. Elpress.az […]