--:--:-- | 11 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

Azərbaycan–Aİ Prioritetləri Razılaşdırıldı

Aysel Əlibəyli 03 İyun 2026 · 18:21 86 baxış

Bakıda 2-3 iyun tarixlərində Azərbaycan və Avropa İttifaqı nümayəndələri yeni hərtərəfli saziş layihəsi və 2026-2030-cu illər üçün nəzərdə tutulan Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparıblar.

Elpress.az-ın Apa.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Audrone Perkauskiene rəhbərlik edib.Səmərəli və konstruktiv atmosferdə keçən danışıqlar nəticəsində 2026–2030-cu illəri əhatə edən Avropa İttifaqı–Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi üzrə ilkin razılıq əldə olunub. Bu, tərəflər arasında əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm addım kimi qiymətləndirilir.Yeni hərtərəfli saziş layihəsi ətrafında aparılan müzakirələr zamanı Azərbaycan Respublikasının müxtəlif dövlət qurumlarını təmsil edən nümayəndələr Avropa İttifaqından olan həmkarları ilə sənədin ayrı-ayrı bölmələri üzrə geniş fikir mübadiləsi aparıblar. Görüşlər çərçivəsində bir sıra vacib sahələr üzrə irəliləyiş qeydə alınıb, həmçinin danışıqlar prosesinin növbəti mərhələlərinə dair konkret fəaliyyət istiqamətləri müəyyənləşdirilib.Danışıqların yekununda tərəflər yeni ikitərəfli saziş layihəsi üzrə müzakirələrin həm onlayn, həm də üzbəüz görüşlər formatında intensiv şəkildə davam etdirilməsi barədə ortaq razılığa gəliblər.Xarici İşlər Nazirliyi ilə yanaşı, Azərbaycan nümayəndə heyətində Azərbaycan Respublikası Prezident Administrasiyası, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, eləcə də Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, SOCAR, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Əqli Mülkiyyət Agentliyi və Medianın İnkişafı Agentliyinin nümayəndələri də təmsil olunublar. Bu geniş tərkibli iştirak danışıqların müxtəlif sahələri əhatə etdiyini və tərəflər arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə verilən önəmi nümayiş etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tanınmış media nümayəndəsindən xoş xəbər

Next Article

Türk professor: Orta Dəhlizin genişlənməsi Azərbaycanı regionun daha nüfuzlu aktoruna çevirəcək

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ramiz Mehdiyevin ev həbsi ilə bağlı iddialara aydınlıq gətirildi

Aysel Əlibəyli 10 İyun 2026 · 18:25 10 baxış Dövlətçilik əleyhinə ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş qətimkan tədbirinin müddəti artırılıb. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi […]

Moskva-İrəvan qaz münasibətlərində böhran siqnalı

Aysel Əlibəyli 27 May 2026 · 21:44 36 baxış Ermənistan Rusiyadan təbii qaz, neft məhsulları və işlənməmiş almazların tədarükünə dair sazişin birtərəfli qaydada ləğv oluna biləcəyini bildirən məktub aldığını rəsmi olaraq təsdiqləyib. Ermənistan Xarici İşlər […]

Nazir müavini Belarusda ikitərəfli əlaqələri müzakirə etdi

Aysel Əlibəyli 04 İyun 2026 · 15:55 70 baxış Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan–Belarus Ticarət-iqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclası çərçivəsində Belarusa səfəri zamanı bu ölkənin təhsil naziri Andrey İvanets […]

Hörmüz boğazında gərginlik davam edir — İran açıqladı

Aysel Əlibəyli 27 May 2026 · 12:58 36 baxış İranın Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri bildirib ki, Tehran və Vaşinqton Hörmüz boğazının gəmi keçidinə açılması məsələsində hələ də ortaq mövqeyə gələ bilməyib. […]