--:--:-- | 05 İyul 2026, Bazar
Son Xəbər
Yüklənir...

Basketbol millimiz seçmə mərhələni məğlubiyyətlə başa vurdu

Aysel Əlibəyli 05 İyul 2026 · 19:51 8 baxış

Azərbaycanın kişi basketbol millisi 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununa çıxıb və İrlandiyaya məğlub olub.

Elpress.az xəbər verir ki, kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib. Tahir Baxşıyevin rəhbərlik etdiyi yığma VI tur çərçivəsində Bakıda İrlandiya millisini qəbul edib.Bakı İdman Sarayında baş tutan qarşılaşma qonaq komandanın 76:70 hesablı qələbəsi ilə başa çatıb. Gərgin mübarizə şəraitində keçən oyunda Azərbaycan millisi rəqibinə müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib.Bu nəticə ilə Azərbaycan yığması 2029-cu il Avropa çempionatının növbəti seçmə mərhələsinə vəsiqə qazanmaq şansını itirib və mübarizəni ilkin mərhələdə başa vurub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

İflas edən aviaşirkətin təyyarələri səhrada saxlanılır

Next Article

Xəyanətə boyun əyməyən patriarxın məşhur tablosu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Ağcabədidə kanaldan 40 yaşlı qadına məxsus meyit aşkar edilib.

Aysel Əlibəyli 30 May 2026 · 18:43 170 baxış Ağcabədi rayonunda kanaldan bir qadına məxsus meyit tapılıb. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Hadisə Yuxarı Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində baş […]