--:--:-- | 11 İyun 2026, Cümə axşamı
Son Xəbər
Yüklənir...

“Qarabağın izi – sənətdə yaşayan dəyərlər”

Aysel Əlibəyli 14 May 2026 · 10:40 31 baxış

Xankəndidə “Qarabağın izi – sənətdə yaşadılan dəyərlər” adlı sərgi təşkil olunub.

Qarabağ Universitetində “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” adlı təqdimat və sərgi təşkil edilib.Xankəndi şəhəri ilə yanaşı Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin məlumatına görə, Elpress.az-ın AZƏRTAC-a istinadən yaydığı xəbərdə⁠ bildirilib ki, tədbir Qarabağ Universiteti və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin əməkdaşlığı çərçivəsində baş tutub. Layihə çərçivəsində Qarabağın məşhur simalarının mismar və sap texnikası ilə hazırlanan portretləri sərgilənib. Nümayiş olunan əsərlərin müəllifi tətbiqi sənət ustası Minarə Mehdi olub.Tədbirin açılış mərasimində çıxış edən Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova Qarabağın mədəni irsinin qorunmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, incəsənət milli yaddaşın yaşadılmasında mühüm vasitələrdən biridir və Qarabağın görkəmli şəxsiyyətlərinin irsini gələcək nəsillərə çatdırmaq mənəvi borcdur.Universitetin rektoru Şahin Bayramov isə çıxışında bu cür layihələrin bölgənin mədəni həyatının inkişafına töhfə verdiyini və milli-mədəni dəyərlərin təbliğində mühüm rol oynadığını bildirib.İncəsənət fakültəsinin proqram rəhbəri Gülşən Qasımzadə və fakültə dekanı Türkər Qasımzadə də layihənin tələbələrin estetik dünyagörüşünün formalaşmasına və onların incəsənət sahəsində bacarıqlarının inkişafına müsbət təsir göstərdiyini diqqətə çatdırıblar.Tədbirin bədii hissəsində universitet tələbələrinin təqdimatında müxtəlif musiqi nömrələri səsləndirilib.Sonda sərgiyə baxış keçirilib, iştirakçılar xatirə fotoları çəkdiriblər. Bildirilib ki, “Qarabağın izi – sənətdə yaşayan dəyərlər” layihəsi Qarabağın zəngin mədəni irsinin sənət yolu ilə qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm təşəbbüslərdən hesab olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Hantavirus pandemiya təhlükəsi yaratmır

Next Article

Trampa Tayvanla bağlı xəbərdarlıq

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Şəhər folkloru və kollektiv yaddaş: sosial kimliyin izləri

Aysel Əlibəyli 02 İyun 2026 · 10:50 88 baxış AMEA-nın Folklor İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Sərəncamının icrasına həsr olunan “Şəhər folkloru: sosial kimlik kontekstində kollektiv […]

Folklorda Yaşayan Qərbi Azərbaycan

Aysel Əlibəyli 09 İyun 2026 · 17:52 58 baxış AMEA Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsi növbəti elmi seminara ev sahibliyi edib. Qərbi Azərbaycanın zəngin folklor irsinin araşdırılması və təbliği istiqamətində fəaliyyət göstərən AMEA Folklor […]