--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

İsveçli rejissor Qərbi Azərbaycanın mədəni yaddaşını ekrana gətirdi

Aysel Əlibəyli 17 İyun 2026 · 13:16 1118 baxış

İsveçli rejissor Mikael Silkeberq Qərbi Azərbaycanın zəngin mədəni irsindən bəhs edən “Yaddaşda Yaşayan Vətən” adlı sənədli film ərsəyə gətirib. Azərbaycanın İsveçdəki səfirliyinin təşkilati dəstəyi ilə hazırlanan 55 dəqiqəlik film Skandinaviyadan Azərbaycana uzanan tarixi-mədəni səyahəti əks etdirir.

Sənədli ekran əsərində yaddaşın coğrafi sərhədləri aşaraq xalqın kimliyini, adət-ənənələrini və mədəni irsini necə yaşatdığı araşdırılır. Film İsveçdə yerləşən Uppsala Universiteti Kitabxanasından başlayır. Burada rejissor Azərbaycan dili ilə bağlı nadir tarixi əlyazmalardan birini araşdıraraq mədəni irsin əsrlər boyu qorunub saxlanılmasının önəmini göstərir.Filmdə həmçinin Skandinaviya ilə Azərbaycan arasında tarixi əlaqələrə toxunulur, XIX əsrdə regiona maraq göstərən Avropa nümayəndələrinin qeydləri və Azərbaycanla bağlı tarixi izlər təqdim olunur.“Yaddaşda Yaşayan Vətən”in əsas xətti Qərbi Azərbaycanın yaddaşda qorunan mədəni məkan kimi təqdim edilməsidir. Ekran əsərində arxiv materialları, şahid fikirləri, musiqi, ədəbiyyat, təsviri sənət, xalçaçılıq, milli geyimlər və kulinariya nümunələri vasitəsilə bu irsin nəsildən-nəslə ötürüldüyü vurğulanır.Filmdə xüsusi yer tutan mövzulardan biri aşıq sənətidir. Göyçə mahalında doğulan Aşıq Ələsgərin yaradıcılığı, saz, balaban, zurna və yallı kimi milli mədəniyyət nümunələri vasitəsilə yaddaşın canlı şəkildə qorunduğu göstərilir.Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədov bildirib ki, film məkanların, ənənələrin və mənəvi dəyərlərin yaddaş vasitəsilə yaşamasını araşdırır. Onun sözlərinə görə, ekran əsəri arxiv tapıntılarını, ədəbiyyatı, musiqini, sənəti və insan hekayələrini vahid bir bədii xəttdə birləşdirir.“Yaddaşda Yaşayan Vətən” filmi artıq Bakıda təqdim olunub. Ekran əsərinin təqdimatı Azərbaycan Dövlət Pedaqoji Universitetidə keçirilib və tədbir universitetin Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Məşhur aktrisanın qalmaqallı yazışmaları üzə çıxdı

Next Article

AZPROMO: İnvestorlar üçün etibarlı və sabit biznes mühiti əsas şərtdir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Bakıda DREAM FEST 2026 coşqusu davam edir

Aysel Əlibəyli 24 İyul 2026 · 03:15 1016 baxış Sea Breeze Resort növbəti dəfə dünya musiqisinin ulduzlarını bir araya gətirib. Elpress.az xəbər verir ki, DREAM FEST 2026 beynəlxalq musiqi festivalı ənənəvi qırmızı xalça mərasimi ilə […]

Səməd Vurğunun 120 illiyinə xüsusi elektron baza yaradıldı

Aysel Əlibəyli 09 İyul 2026 · 15:14 1046 baxış Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illiyi münasibətilə onun həyat və yaradıcılığına həsr olunmuş elektron məlumat bazası istifadəyə verilib. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, […]

Şəkidən beynəlxalq diplomatiyaya uzanan uğur yolu

Aysel Əlibəyli 06 İyun 2026 · 09:05 1092 baxış Azərbaycanın Şəki şəhərində doğulan Aysun Tanrıverdiyeva bu gün təhsilini Qazaxıstanda davam etdirərək beynəlxalq münasibətlər sahəsində gələcəyini qurur. O, Y.A.Buketov adına Karaqanda Milli Tədqiqat Universitetində beynəlxalq münasibətlər […]