--:--:-- | 10 Avqust 2026, Bazar ertəsi
Son Xəbər
Yüklənir...

İncəsənət məktəblərinə işə qəbul imtahanına 1350 namizəd qatılacaq

Aysel Əlibəyli 06 Avqust 2026 · 10:23 1018 baxış

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə işə qəbul üzrə test imtahanı keçiriləcək.

Elpress.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.Bildirilib ki, imtahan avqustun 8-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərinə direktor, direktor müavini, həmçinin Azərbaycan və Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirliklərinin tabeliyindəki incəsənət məktəb və mərkəzlərinə müəllim vəzifələrinə işə qəbul məqsədilə təşkil olunacaq.İmtahanda iştirak edəcək namizədlər DİM-in rəsmi internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, ünvan, zal, başlanma vaxtı və digər zəruri məlumatlar əks olunub.Məlumata görə, imtahanda iştirak etmək üçün ümumilikdə 1350 namizəd qeydiyyatdan keçib. Onlardan 121 nəfər direktor və direktor müavini, 1229 nəfər isə müəllim vəzifəsi üzrə imtahan verəcək.Namizədlər imtahan qaydaları ilə bağlı “Yaddaş kitabçası” vasitəsilə də tanış ola bilərlər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Ceyhun Bayramov Ukraynaya rəsmi səfərə gedib

Next Article

Tərtərdə yaşayış evində yanğın: ər-arvad həyatını itirdi

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Cenevrədə MAMA “Ana təbiət” beynəlxalq sərgisi təqdim olundu

Elşən 07 May 2026 · 16:18 1080 baxış BMT-nin Cenevrə Ofisində MAMA “Ana təbiət” adlı beynəlxalq incəsənət layihəsinin təqdimatı keçirilib. Elpress.az-ın Yeniçağ-a istinadən verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı […]

MEMİM-dən ana dili ilə bağlı yeni təşəbbüs

Aysel Əlibəyli 09 İyun 2026 · 15:11 1092 baxış Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” adlı yeni layihəyə start verir. Elpress.az xəbər verir […]