--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

“Hacı Qara” yeni yozumda səhnəyə qayıtdı: klassik komediyada Zəfər ruhu

Aysel Əlibəyli 28 İyun 2026 · 19:32 1114 baxış

Elpress.az xəbər verir ki, iyunun 27-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-mərdi-xəsis” komediyası əsasında hazırlanan “Hacı Qara” tamaşasının premyerası keçirilib.

Səhnə əsəri klassik komediyanın ruhu qorunmaqla, müasir teatr estetikası və dinamik səhnə həlli ilə tamaşaçılara təqdim olunub. Tamaşanın səhnə redaktəsinin müəllifi Dilsuz Mustafayev, quruluşçu rejissoru isə Xalq artisti Cənnət Səlimovadır.

Musiqi və rəqs elementləri ilə zəngin olan tamaşanın bəstəkarı Firudin Allahverdi, xoreoqrafı Gülməmməd Şahverdiyevdir. Tamaşanın quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru Gülnar Hacıyeva, rejissor assistenti isə Sona Məhərrəmovadır.

Əsərin süjet xətti Heydər bəy və Sona xanımın sevgisi ətrafında cərəyan edir. Maddi sıxıntılar və müxtəlif maneələrlə üzləşən qəhrəmanlar dostluğun, sədaqətin və əsl sevginin puldan üstün olduğunu nümayiş etdirirlər.

Yeni səhnə həllində XIX əsrə aid süjetə fərqli yanaşma diqqət çəkir. Bəzi epizodlarda Azərbaycanın müasir tarixinin, xüsusilə də Qarabağ Zəfərinin ruhunun hiss olunması tamaşaya əlavə məna və emosional çalar qatır.

Səhnə əsərində Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Elnur Hüseynov, Gülər Nəbiyeva, Nəsibə Eldarova, eləcə də bir sıra tanınmış aktyorlar çıxış edirlər.

Qeyd edək ki, “Hacı Qara” Milli Gənc Tamaşaçılar Teatrının cari mövsümdə son premyerasıdır. Klassik Azərbaycan dramaturgiyasının incilərindən sayılan bu əsərin yeni səhnə yozumunu tamaşaçılar növbəti teatr mövsümündə də izləyə biləcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tarixi təşəbbüs: Azərbaycan və Türkiyə paxlavanı UNESCO-ya təqdim edir

Next Article

Venesuelada möcüzə: zəlzələ dağıntıları altından 33 nəfər sağ çıxarıldı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Azərbaycan xalçası Limadakı muzeydə nümayiş olunacaq

Aysel Əlibəyli 19 İyun 2026 · 11:24 1076 baxış Perunun paytaxtı Lima ilə Bakı arasında mədəni əməkdaşlığın inkişafı istiqamətində yeni addım atılıb. Limanın vitse-meri Fabiola Morales və Azərbaycanın Meksika və Peru üzrə səfiri Seymur Fətəliyev […]

Sabir Rüstəmxanlının 80 illik yubileyi Dram Teatrında qeyd olundu

Elşən 26 May 2026 · 21:59 1181 baxış Azərbaycan ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələrindən biri olan Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə paytaxtda təntənəli tədbir keçirilib. Yubiley gecəsi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında […]

Praqada 60 ölkəni birləşdirən festival

Aysel Əlibəyli 07 İyun 2026 · 12:55 1124 baxış Praqada keçirilən “Food and Culture” festivalı müxtəlif ölkələrin mədəniyyətlərini bir araya toplayıb Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Festival iştirakçıları burada müxtəlif xalqların zəngin mədəniyyəti, adət-ənənələri […]

Kişineuda Azərbaycan tamaşasına böyük maraq

Aysel Əlibəyli 29 May 2026 · 18:24 1166 baxış Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının hazırladığı “Biganə məşuq” tamaşası Moldovanın paytaxtı Kişineuda keçirilən XIV BITEI Beynəlxalq Teatr Festivalının proqramında nümayiş etdirilib. Tamaşa Aydan Həsənzadə tərəfindən […]