--:--:-- | 17 İyul 2026, Cümə
Son Xəbər
Yüklənir...

Əli Hacı: Ruhun libası

Elşən 15 İyun 2026 · 23:33 250 baxış

Üzünü o yana çevir,
Bu üzdə qış havası var.
Qəribliyin qucağında,
Doğmalığın davası var.

Gör, fikrim hara çəkdi,
Dili söz-söz dara çəkdi.
Kim deyir ki, Allah təkdir?
Onun da öz Həvvası var.

Ölmək hələ son deyildi,
Olmaq ölüb don geyindi.
Hava, torpaq, su göyündü,
Göyün də öz yuvası var.

Mələk mənəm, Tanrı mənəm,
Eşq bildiyin yarın mənəm.
Dörd sözündən biri mənəm,
Dörd nəfərdən üç asi var.

Qələm mənəm, sözdə mənəm,
Ocağında közdə mənəm.
Arxada sirr, üzdə mənəm,
Ruhun bədən libası var.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tramp: Hörmüz boğazının iyunun 19-da tam açılacağı gözlənilir

Next Article

Külək Göyçayda bir sıra ərazilərə ziyan vurub

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Elman Gədikli yeni şeirini sosial şəbəkədə paylaşıb

Elşən 07 İyul 2026 · 11:46 50 baxış Şair Elman Gədikli sosial şəbəkə hesabında “Atam kimi unutmadım” adlı yeni şeirini oxucularla bölüşüb. Şeir şair Əli Hacıya ithaf olunub. Müəllif poetik misralarında sədaqət, dostluq, ehtiram və […]

Angela Merkelin aylarla gizli hazırlanan portreti təqdim olundu

Aysel Əlibəyli 03 İyul 2026 · 16:48 24 baxış Almaniyanın keçmiş kansleri Angela Merkel üçün aylarla davam edən məxfi yaradıcılıq prosesi nəticəsində hazırlanan yeni portret ilk dəfə ictimaiyyətə nümayiş etdirilib. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata […]

AXC və Alaş-Orda: ortaq dövlətçilik irsi müzakirə olundu

Aysel Əlibəyli 18 İyun 2026 · 00:53 62 baxış AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan Demokratik Respublikası və Alaş-Orda: dövlət quruculuğunun tarixi təcrübəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Elpress.az AZƏRTAC-a istinadən xəbər verir […]