--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Azərbaycanlı gənc musiqiçilər Tbilisidə konsert veriblər

Aysel Əlibəyli 16 İyun 2026 · 00:22 1092 baxış

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının tələbələri Gürcüstanın paytaxtı Tbilisidə konsert proqramı ilə çıxış ediblər.

Elpress.az xəbər verir ki, Tbilisi Vano Saracişvili adına Dövlət Konservatoriyasında keçirilən tədbir filarmoniyanın “Gənclərin dəstəyi” layihəsi çərçivəsində təşkil olunub.Konsertdə azərbaycanlı və gürcü gənc musiqiçilər fortepianoda Azərbaycan, Gürcüstan və dünya bəstəkarlarının əsərlərini səsləndiriblər. İfaçılar arasında Suel Kərimli, Miray Fərzulla, Nuray Həsənli, Ümid Əsgərli İgan və Anisa Karmel Əsgərli ilə yanaşı, gürcü tələbələr də yer alıblar.Tədbirin yaddaqalan məqamlarından biri tamaşaçıların Nuray Həsənlinin Tbilisiyə həsr olunmuş mahnısına qoşularaq onu canlı ifa etməsi olub. Bu, konsertə xüsusi rəng qatıb və zalda səmimi ab-hava yaradıb.Təşkilatçılar bildiriblər ki, belə layihələr gənc istedadların inkişafına, Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin genişlənməsinə, eləcə də xalqlar arasında dostluğun möhkəmlənməsinə mühüm töhfə verir.Qeyd edək ki, konsertin 15 İyun – Milli Qurtuluş Gününə təsadüf etməsi tədbirə əlavə rəmzi məna qazandırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Qaxda savate üzrə turnir keçirilib

Next Article

Azərbaycanda lazer hamarlamanın tətbiqi genişləndirilir

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Xəyanətə boyun əyməyən patriarxın məşhur tablosu

Aysel Əlibəyli 05 İyul 2026 · 19:57 1040 baxış Bu gün XIX əsr rus rəngkarlığının görkəmli nümayəndələrindən olan Pavel Çistyakovun doğum günü tamam olur. Onun ən məşhur əsərlərindən biri vətənə sədaqət və mənəvi müqaviməti əks […]

Bakıda DREAM FEST 2026 coşqusu davam edir

Aysel Əlibəyli 24 İyul 2026 · 03:15 1016 baxış Sea Breeze Resort növbəti dəfə dünya musiqisinin ulduzlarını bir araya gətirib. Elpress.az xəbər verir ki, DREAM FEST 2026 beynəlxalq musiqi festivalı ənənəvi qırmızı xalça mərasimi ilə […]