--:--:-- | 29 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

AXC və Alaş-Orda: ortaq dövlətçilik irsi müzakirə olundu

Aysel Əlibəyli 18 İyun 2026 · 00:53 1076 baxış

AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan Demokratik Respublikası və Alaş-Orda: dövlət quruculuğunun tarixi təcrübəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Elpress.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan və Qazaxıstan arasında tarixi əlaqələr, milli dövlətçilik ənənələri və ortaq irsin araşdırılması məsələləri diqqət mərkəzində olub.Konfransın açılışında çıxış edən institutun elmi işlər üzrə direktor müavini İlqar Niftəliyev iki ölkə arasında elmi-humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Çıxışlarda qeyd olunub ki, bu cür platformalar tarix elminin inkişafına və ortaq dəyərlərin öyrənilməsinə mühüm töhfə verir.Tədbirdə Azərbaycan Xalq Cümhuriyyəti və Alaş-Orda hökumətinin yaranması, parlamentarizmin formalaşması, siyasi liderlik, dövlətlərarası münasibətlər və Türküstan məsələsi ilə bağlı məruzələr təqdim edilib.Müzakirələr zamanı bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti və Alaş-Orda XX əsrin əvvəllərində türk xalqlarının milli dirçəliş və müstəqillik ideyalarının mühüm təcəssümü olub. Bu dövlətlərin tarixi təcrübəsi və siyasi irsi bu gün də elmi aktuallığını qoruyub saxlayır.Konfrans çərçivəsində tarixçilər milli dövlət quruculuğu, intellektual elitaların fəaliyyəti və tarixi irsin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Vurğulanıb ki, ortaq keçmişin araşdırılması Azərbaycan və Qazaxıstan arasında elmi və humanitar əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Merzdən İsrailə çağırış

Next Article

ABŞ-yə səfər planı açıqlandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Əli Hacıdan yeni şeir

Elşən 07 İyul 2026 · 11:06 1056 baxış Yazar Əli Hacı yeni şeirini sosial şəbəkədə paylaşıb. Elpress.az olaraq şeiri təqdim edirik: Mən ki,yuxu görmürəmYuxu yozasan mənə !Gedib Tanrı olmadın,Tale yazasan mənə ! Gizlədim çox sözümü,Abır-həya […]

“Pulsuz təhsil anlayışı nisbi məsələdir” – Nazir

Aysel Əlibəyli 24 İyun 2026 · 17:55 1116 baxış Elpress.az xəbər verir ki, Emin Amrullayev ali təhsilin maliyyələşdirilməsi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. Nazir bildirib ki, dünyanın heç bir ölkəsində təhsil tam mənada pulsuz […]

Bakı beynəlxalq qobelen sənətinə ev sahibliyi edir

Aysel Əlibəyli 09 İyun 2026 · 12:49 1139 baxış Bakıda qobelen və tekstil sənətinə həsr olunmuş beynəlxalq müsabiqə-sərgi açılıb. Elpress.az xəbər verir ki, “TOMA – Yaddaşın ilmələri: Xatirədən gələcəyə” adlı layihənin açılış mərasimi Şirvanşahlar Sarayında […]