--:--:-- | 22 İyul 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Angela Merkelin aylarla gizli hazırlanan portreti təqdim olundu

Aysel Əlibəyli 03 İyul 2026 · 16:48 1032 baxış

Almaniyanın keçmiş kansleri Angela Merkel üçün aylarla davam edən məxfi yaradıcılıq prosesi nəticəsində hazırlanan yeni portret ilk dəfə ictimaiyyətə nümayiş etdirilib.

Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Almaniyanın sabiq kansleri Angela Merkelin uzun müddət gizli saxlanılan yeni portreti ictimaiyyətə təqdim edilib. Aylarla davam edən xüsusi yaradıcılıq prosesi nəticəsində ərsəyə gələn əsər incəsənət və siyasi dairələrdə böyük maraq doğurub.Portretin müəllifi cəmi 28 yaşlı fransız-alman rəssamı Jeremi Keyrasdır. Məlumata görə, rəssam və 71 yaşlı Angela Merkel əsərin hazırlanması müddətində Berlinin hökumət məhəlləsində yerləşən studiyada mütəmadi olaraq gizli görüşlər keçiriblər. Seanslar zamanı onlar müxtəlif mövzularda söhbətlər edib, bəzən səssizliyə qərq olub, bəzən isə növbə ilə seçdikləri klassik musiqi əsərlərini dinləyiblər.Angela Merkel bu yaradıcı prosesi “kiçik macəra” kimi qiymətləndirib. Məhz həmin aylarla davam edən görüşlərin nəticəsində hazırlanan tablo bu həftə Berlinin məşhur neobarokko üslublu Bode Muzeyində ailə üzvləri, yaxın dostları və incəsənət tənqidçilərinin iştirakı ilə ilk dəfə nümayiş olunub.Portret həm bədii üslubu, həm də hazırlanma prosesi ilə diqqət çəkərək ziyarətçilərin və sənətsevərlərin marağına səbəb olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Sabunçuda 19 kiloqram marixuana dövriyyədən çıxarıldı

Next Article

Ağdamda ağır qəza: 6 nəfər yaralandı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Türk pop musiqisinin anası” – Sezen Aksu

Aysel Əlibəyli 13 İyul 2026 · 11:26 1022 baxış Türk pop musiqisinin əfsanəvi simalarından olan Sezen Aksu bu gün doğum gününü qeyd edir. Elpress.az-ın Kulis.az-a istinadən verdiyi məlumata əsasən, Türkiyə musiqisinin ən nüfuzlu sənətçilərindən biri […]

Milli Kitabxanada dil və kimlik mövzusunda seminar

Aysel Əlibəyli 11 İyun 2026 · 18:54 1076 baxış Milli Kitabxana-da “Dilimiz milli-mədəni kimliyimizin təməlidir” mövzusunda seminar təşkil edilib. Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Prezident İlham Əliyevin 2026-cı il […]

Həsən Həsənov: Azərbaycan–Macar söz qohumluğu sübut olunub

Aysel Əlibəyli 10 İyun 2026 · 21:53 1076 baxış Kitab qədim macar və türk xalqlarının birliyinə və dillərinin ortaq köklərinə əsaslanır; zamanla yaranan fərqlərə baxmayaraq, müəllif bu iki dilin qədim yaxınlığını yenidən üzə çıxarmağa çalışır. […]