--:--:-- | 08 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Toğrul Abbasquliyev: Azərbaycan zərgərlik məhsullarına tələbat yüksəlir

Aysel Əlibəyli 04 İyun 2026 · 10:26 1197 baxış

Azərbaycan istehsalı zərgərlik məmulatlarına region ölkələrində tələbatın artdığı bildirilib.

Elpress.az “Report”a istinadən xəbər verir ki, bunu Toğrul Abbasquliyev Bakıda keçirilən Azerbaijan Jewelry Show sərgisinin açılış mərasimində deyib.Onun sözlərinə görə, sərgidə yerli şirkətlərlə yanaşı, Türkiyədən olan sahibkar və şirkətlər də iştirak edir. Həmçinin Özbəkistan, Qazaxıstan, BƏƏ, Səudiyyə Ərəbistanı, Rusiya və İsraildən alıcıların və ziyarətçilərin qatılması nəzərdə tutulub.Toğrul Abbasquliyev qeyd edib ki, Azərbaycan zərgərlik məmulatlarına marağın artmasının əsas səbəblərindən biri ölkədə formalaşmış peşəkar zərgərlik məktəbidir.O bildirib ki, Azərbaycan zərgərlik sənəti milli ornamentləri, naxışları və zəngin ənənələri qoruyaraq inkişaf etdirir. Bu səbəbdən sərgidə yerli brendlərin və “Made in Azerbaijan” məhsullarının geniş təqdimatına xüsusi önəm verilir.Assosiasiya sədri əlavə edib ki, son illərdə tətbiq olunan vergi və gömrük güzəştləri də zərgərlik sektorunun inkişafına və ixrac imkanlarının genişlənməsinə müsbət təsir göstərib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Xəzərdə 3,9 bal gücündə zəlzələ baş verib

Next Article

Avtonom avtomobillərin qəzaları üçün yeni qaydalar hazırlana bilər

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Hövsanda sürətli qatar layihəsi üçün söküntü işləri başladı

Aysel Əlibəyli 25 İyun 2026 · 16:36 1100 baxış Sürətli qatar xətti üçün Hövsanda hazırlıq mərhələsi: yaşayış evlərinin söküntüsünə başlanılıb, sakinlərə kompensasiya ödənilir Hövsan qəsəbəsində sürətli qatar layihəsinin icrası ilə əlaqədar dəmir yolu xəttinin yaxınlığında […]

BP-nin AGT regionu üzrə xərcləri 30% artıb

Aysel Əlibəyli 06 Avqust 2026 · 15:00 1032 baxış BP hesabatı: Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli xərclər 1 milyard dolları keçdi Elpress.az xəbər verir ki, BP şirkətinin Azərbaycandakı fəaliyyətinə dair 2026-cı ilin birinci yarısının nəticələrinə əsasən, […]

“Azeri Light” Nefti Ucuzlaşdı

Elşən 24 Aprel 2026 · 10:00 1091 baxış Qlobal bazarlarda “Azeri Light” markalı Azərbaycan neftinin qiymətində eniş qeydə alınıb. Elpress.az APA-ya istinadən xəbər verir ki, neftin bir bareli 1,09 ABŞ dolları və ya təxminən 1% […]