--:--:-- | 28 İyun 2026, Bazar
Son Xəbər
Yüklənir...

Ödəniş kartları üçün yeni təhlükəsizlik standartları tətbiq olunacaq

Aysel Əlibəyli 03 İyun 2026 · 17:55 104 baxış

Azərbaycan Mərkəzi Bankı gələn ildən bank və ödəniş təşkilatlarında kart təhlükəsizliyi ilə bağlı məcburi beynəlxalq standartların tətbiqinə başlayacaq.

Elpress.az “Report”a istinadən xəbər verir ki, bu barədə AMB-nin İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamentinin direktoru Elnur Eyvazlı Bakıda keçirilən “Süni İntellekt Əsrində Maliyyə Kibertəhlükəsizliyinin Gələcəyi” adlı tədbirdə məlumat verib.Onun sözlərinə görə, Mərkəzi Bank ödəniş kartlarının təhlükəsizliyinə dair beynəlxalq PCI DSS standartının bütün banklar və ödəniş təşkilatları üçün tətbiqini planlaşdırır.Elnur Eyvazlı bildirib ki, gələn ildən etibarən bu standart üzrə sertifikatlaşdırma yalnız prosessinq mərkəzi olan banklar üçün deyil, prosessinq xidməti olmayan banklar üçün də hər il məcburi xarakter daşıyacaq. Eyni tələblərin ödəniş təşkilatlarına da şamil edilməsi nəzərdə tutulur.AMB rəsmisi qeyd edib ki, əsas məqsəd maliyyə sektorunda təhlükəsizlik səviyyəsini yüksəltmək və sistemin etibarlılığını daha da gücləndirməkdir.O, həmçinin məlumatların keyfiyyətinin artırılması istiqamətində işlərin davam etdiyini vurğulayıb. Bildirib ki, KYC və digər sistemlərə daxil edilən məlumatlarda uyğunsuzluq aşkar olunduqda, məlumatlar müvafiq platformalar vasitəsilə dəqiqləşdirilir və yanlış informasiya təqdim edən tərəfə dərhal bildiriş göndərilir. Bununla da maliyyə sektorunda məlumatların dəqiqliyinin və etibarlılığının təmin edilməsi hədəflənir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetlərini yekunlaşdırıb

Next Article

Nazir beynəlxalq tribunalardan çağırış səsləndirib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Heyvandarlığa Yeni Dövlət Dəstəyi Paketi Təsdiqləndi

Aysel Əlibəyli 12 İyun 2026 · 19:19 46 baxış Yeni təsdiqlənən subsidiya qaydaları ilə heyvandarlıq istehsalçıları üçün genişmiqyaslı dövlət dəstəyi alətləri təsbit olunub. Göygöldə jurnalistlərə açıqlama verən kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev bildirib ki, […]

Bakıda zoomağaza açmaq gəlirli biznes ola bilərmi?

Aysel Əlibəyli 22 İyun 2026 · 15:10 76 baxış Azərbaycanda ev heyvanlarına marağın artması zooməhsullar bazarının da genişlənməsinə səbəb olub. İnsanların pişik, it və digər ev heyvanları üçün yem, aksesuar, gigiyena vasitələri və qulluq məhsullarına […]

İlham Bayramov: Aqrar sektor üzrə yeni hədəflər müəyyənləşdirilib

Aysel Əlibəyli 16 İyun 2026 · 15:14 88 baxış Ağcabədidə Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarının nümayəndələrinin iştirakı ilə aqrar sahə üzrə yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilib. Görüşdə proqramın əsas […]

Azərbaycan nefti bahalaşdı

Aysel Əlibəyli 12 İyun 2026 · 09:41 46 baxış Azərbaycan neftinin dünya bazarındakı qiymətində növbəti artım qeydə alınıb. Elpress.az APA-Economics-ə istinadən xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir bareli 0,49 ABŞ dolları və […]