--:--:-- | 09 Avqust 2026, Bazar
Son Xəbər
Yüklənir...

Rəşad Rəsullu Hidayətin çəki probleminə aydınlıq gətirdi

Aysel Əlibəyli 16 İyul 2026 · 13:41 1034 baxış

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovun çəki problemi və sosial media paylaşımı ilə bağlı danışıb

Elpress.az xəbər verir ki , Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu olimpiya çempionu Hidayət Heydərovun son vaxtlar gündəmə gələn çəki problemi və sosial şəbəkə paylaşımı ilə bağlı açıqlama verib.Rəsullu bildirib ki, federasiya üçün nizam-intizam əsas prinsiplərdən biridir və bu qaydalar həm idmançılara, həm də qurumun bütün əməkdaşlarına şamil olunur. Onun sözlərinə görə, Hidayət Heydərov iki dəfə yarış öncəsi çəkisini tənzimləyə bilmədiyi üçün hər iki halda müvafiq qaydada cəzalandırılıb.İcraçı vitse-prezident qeyd edib ki, baş verən hadisələrin səbəbləri federasiya tərəfindən araşdırılıb, lakin bu barədə ictimaiyyətə ətraflı məlumat vermək istəmədiklərini bildirib. Bununla yanaşı, o vurğulayıb ki, Hidayət Heydərovun gələcəkdə yenidən olimpiya və dünya çempionu olmaq üçün kifayət qədər böyük potensialı var.Rəşad Rəsullu idmançının Instagram hesabında etdiyi müzakirələrə səbəb olan paylaşıma da münasibət bildirib. O deyib ki, belə paylaşım edilməməli idi, lakin idmançının tez-tez təhqirlərə məruz qalmasının da nəzərə alınmalı olduğunu vurğulayıb. Federasiya rəsmisi əlavə edib ki, gələcəkdə Hidayət Heydərovdan daha peşəkar davranış sərgiləməsi tələb olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Türk politoloqdan Türkiyə–Azərbaycan əlaqələrinə yüksək qiymət

Next Article

Ucarda fərdi ev alovlara təslim oldu

Bəlkə də, sizin üçün maraqlı olar ...;

Belçikalı müdafiəçi “Sanderlend”ə keç

Aysel Əlibəyli 15 İyul 2026 · 18:35 1036 baxış “Sanderlend” Tomas Menye ilə iki illik müqavilə imzaladığını açıqlayıb Elpress.az xəbər verir ki , Fransanın “Lill” klubundan ayrılan belçikalı futbolçu Tomas Menye karyerasını İngiltərə Premyer Liqasında […]

“Qarabağ” daha bir futbolçusu ilə yollarını ayırır

Aysel Əlibəyli 09 İyul 2026 · 12:44 1044 baxış “Qarabağ”ın müdafiəçisi Mateus Silva karyerasını Azərbaycandan kənarda davam etdirməyə hazırlaşdığını açıqlayıb. Elpress.az xəbər verir ki, braziliyalı futbolçu ölkə mətbuatına müsahibəsində doğma vətəninə qayıtmaq istədiyini və bunun […]

Dünya çempionatının final biletləri rekord qırdı

Aysel Əlibəyli 17 İyul 2026 · 16:07 1028 baxış Argentina–İspaniya finalına böyük maraq bilet qiymətlərini rekord həddə çatdırıb Elpress.az xəbər verir ki , İyulun 19-da ABŞ-ın Nyu-Cersi ştatındakı “MetLife” stadionunda keçiriləcək dünya çempionatının finalında Argentina […]

Qurbanovdan “Qarabağ”la əlaqədar mühüm qərar

Aysel Əlibəyli 30 May 2026 · 17:14 1156 baxış Türkiyə, Rusiya və Avropanın bir sıra komandaları ilə adı çəkilən Qarabağ FK baş məşqçisi Qurban Qurbanov yeni müqavilə imzalayıb. Elpress.az-ın Qafqazinfo.az-a istinadən verdiyi məlumata əsasən, Ağdamı […]