--:--:-- | 22 Sentyabr 2026, Çərşənbə axşamı
Son Xəbər
Yüklənir...

Emil Əliyev yenidən Rusiya Mini-Futbol Assosiasiyasının prezidenti seçilib

Aysel Əlibəyli 09 Avqust 2026 · 17:02 1052 baxış

Emil Əliyev növbəti dəfə Rusiya Mini-Futbol Assosiasiyasının (AMFR) prezidenti seçilib.

Elpress.az xəbər verir ki, qərar avqustun 7-də Moskvada keçirilən təşkilatın hesabat-seçki konfransında qəbul olunub.

Bildirilib ki, Emil Əliyev daha beş il AMFR-ə rəhbərlik edəcək. O, 2011-ci ildən assosiasiyanın prezidenti vəzifəsini icra edir və bu müddət ərzində nümayəndələrin dəstəyini bir neçə dəfə qazanıb.

Əliyev daha əvvəl 2016 və 2021-ci illərdə də yenidən prezident seçilib. 2026-cı ildə keçirilən hesabat-seçki konfransında isə onun namizədliyi növbəti beşillik müddət üçün dəstəklənib.

Konfrans zamanı AMFR-in vitse-prezidentləri və İcra Komitəsinin üzvləri də müəyyənləşdirilib. Tədbirdə regionlardan nümayəndələr, tərəfdaşlar, mini-futbol və Rusiya milli komandasının veteranları iştirak ediblər.

Qeyd edək ki, Emil Əliyev əslən azərbaycanlıdır. O, 1978-ci ildə Bakıda anadan olub. Pedaqoji elmlər doktoru və professordur. Əliyev bədən tərbiyəsi və idman sahəsində bir sıra elmi əsərlərin və monoqrafiyaların müəllifidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Bakının Hövsan qəsəbəsində su təchizatında fasilə yaranıb

Next Article

Görkəmli şair Çingiz Əlioğlu vəfat edib

Bəlkə də, sizin üçün maraqlı olar ...;

“Sabah” 1 qolluq fərqi aradan qaldırmaq istəyir

Aysel Əlibəyli 10 Avqust 2026 · 18:19 1036 baxış Valdas Dambrauskas: Evdə qələbə qazanaraq mərhələni keçmək niyyətindəyik Elpress.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Danimarkanın “Orhus” klubuna […]

“Qarabağ” Pakistanlı gənc futbolçunu heyətinə qatdı

Aysel Əlibəyli 03 Avqust 2026 · 11:32 1058 baxış “Qarabağ” Futbol Klubu heyətini yeni transferlə gücləndirib. Elpress.az xəbər verir ki, Pakistanın “Popo” klubunun U-17 milli komandasının kapitanı Əbdül Səməd Ağdam təmsilçisinə transfer olunub.Hücumameyilli gənc futbolçu […]

Bədii gimnastika üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək

Aysel Əlibəyli 16 Avqust 2026 · 22:09 1042 baxış Bədii gimnastika üzrə 43-cü Dünya Çempionatı 2027-ci il sentyabrın 15-19-da Azərbaycanda keçiriləcək. Elpress.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.Çempionatın növbəti ev sahibi […]

Kanoeçimiz Avropa çempionatına yollanır

Aysel Əlibəyli 08 İyun 2026 · 15:37 1112 baxış Portuqaliyanın Montemor-u-Velyu şəhəri iyunun 11-dən 14-dək kayak və kanoe üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Elpress.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Qitə birinciliyində Azərbaycan millisinin heyətində […]