Elpress.az xəbər verir ki, Azərbaycan ədəbiyyatına öz yaradıcılığı ilə töhfələr vermiş yazıçı Rüfət Əhmədzadə vəfat edib.
Mərhumun ölümü ilə bağlı məlumat jurnalist Rəbiyyə Zərdabi tərəfindən sosial şəbəkə hesabında paylaşılıb. Hazırda ölümün dəqiq səbəbi barədə rəsmi açıqlama verilməsə də, müxtəlif iddialar səsləndirilir.
Rüfət Əhmədzadənin vəfatı ədəbi ictimaiyyət və onu tanıyanlar arasında dərin kədər hissi ilə qarşılanıb. Sosial şəbəkələrdə onun xatirəsinə həsr olunan çoxsaylı başsağlığı paylaşımları edilir.
Hadisə ilə bağlı rəsmi məlumatların açıqlanacağı gözlənilir.


