--:--:-- | 31 May 2026, Bazar
Son Xəbər
Yüklənir...

Xətai rayonunda yanğın təhlükəsizliyi pozulan obyektin fəaliyyəti dayandırıldı

30 Aprel 2026 · 11:43 8 baxış

Fövqəladə Hallar Nazirliyi-nin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Xətai rayonu, Aşıq Ələsgər küçəsi 2 ünvanında yerləşən ərzaq məhsullarının topdansatış mağazasında aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi ilə bağlı ciddi çatışmazlıqlar üzə çıxıb.

Bu barədə Yenicag.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Elpress.az-ın Yeniçağ.az -a istinadən verdiyi məlumata əsasən, yoxlama nəticəsində müəyyən olunub ki, obyektdə avtomatik yanğın siqnalizasiya sistemi tam qurulmayıb və mövcud sistem də işlək vəziyyətdə deyil. Elektrik təsərrüfatı müvafiq qaydalara uyğun təşkil edilməyib, naqillərin birləşmələri təhlükəsizlik tələblərinə cavab vermir, bəzi avadanlıqların izolyasiyası zədəlidir və nasaz elektrik qurğularından istifadə edilir.

Bununla yanaşı, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb, köçürmə yolları bağlanıb, təxliyə planı hazırlanmayıb. Taxta konstruksiyalar odadavamlı məhlulla işlənməyib, ərazi yanar tullantılardan təmizlənməyib və “Çıxış” işıqlı göstəriciləri quraşdırılmayıb. Həmçinin, obyektin daşınmaz əmlakının icbari sığortası da həyata keçirilməyib.

Mütəxəssislər qeyd ediblər ki, bu vəziyyət yanğın baş verəcəyi halda onun sürətlə yayılmasına və ağır nəticələrə səbəb ola bilər.

Aşkar olunan kobud pozuntular nəzərə alınaraq, həmin ünvanda fəaliyyət göstərən topdansatış mağazasının işinin dayandırılması barədə qərar qəbul edilib və qərar obyekt nümayəndəsinə təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

ADA Universitetində Karyera sərgisi keçirildi

Next Article

Avropa Liqasında yarımfinal oyunları start götürür

Bəlkə də, sizin üçün maraqlı olar ...;

5 nəfəri ölümdən qaytardılar — İsmayıllıda çay qəzası

28 May 2026 · 11:49 89 baxış Girdiman çayının İsmayıllı rayonu, Zərnava kəndindən keçən hissəsində avtomobil suyun güclü axını nəticəsində hərəkətsiz qalaraq içindəki 5 nəfəri köməksiz vəziyyətdə saxlayıb. FHN-in xilasetmə qrupları operativ müdaxilə edərək onların […]

Zəngilan və Şükürbəyli kəndinə növbəti köç başladı

13 May 2026 · 07:45 5 baxış Mayın 13-də Zəngilan şəhəri və Cəbrayıl rayonunun Şükürbəyli kəndi istiqamətində növbəti köç karvanı yola düşüb. Elpress.az-ın Trend -ə istinadən verdiyi məlumata əsasən, köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində […]