--:--:-- | 24 İyun 2026, Çərşənbə
Son Xəbər
Yüklənir...

Şəkinin kəndlərində güclü yağışlardan sonra ciddi eroziya və torpaq deqradasiyası qeydə alınıb.

Aysel Əlibəyli 25 May 2026 · 12:47 50 baxış

Şəkinin kəndlərində güclü yağışlardan sonra torpaqlarda ciddi eroziya və deqradasiya prosesləri müşahidə olunub, əkin sahələrinə ziyan dəyib.

Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Qafqaz Ağabalayev, elmi işçilər Aqil Mustafayev, Elvin Rüstəmov və şöbənin əməkdaşı Elvin Qarayev tərəfindən Baş Layısqı və Cunud kəndlərində intensiv yağıntıların yaratdığı ekoloji fəsadların qiymətləndirilməsi məqsədilə monitorinq aparılıb.Tədqiqat zamanı ərazilərdə eroziya prosesləri, torpaq örtüyünün deqradasiyası və səth yuyulmalarının miqyası araşdırılıb. Müşahidələr əsasən Şin və Baş Layısqı kəndləri arasındakı sahədə, kəndin giriş hissəsində və Şəhidlər xiyabanı ətrafında aparılıb. Nəticələr güclü su eroziyasının aktiv olduğunu, bəzi yerlərdə 4 metrdən çox dərin yuyulmaların əmələ gəldiyini və yeni dərə yataqlarının formalaşdığını göstərib.Eyni zamanda Cunud kəndinin hər iki giriş istiqamətində də eroziya prosesləri izlənilib və geomorfoloji dəyişikliklərin qiymətləndirilməsi üçün ölçmə işləri həyata keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin
Previous Article

Tanınmış ailənin övladı Leysan qəfil dünyasını dəyişib.

Next Article

Ağdama növbəti köç karvanı çatdı

Bəlkə də, sizin üçün maraqlı olar ...;

qanunsuz silah-sursat aşkarlanaraq götürüldü

Aysel Əlibəyli 19 İyun 2026 · 10:56 36 baxış İyunun 18-də polis əməkdaşları paytaxtda və respublikanın müxtəlif rayonlarında keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan odlu silah-sursat aşkarlayıb. Tədbirlər zamanı 1 avtomat silahı, 1 pulemyot, 9 […]

Bakıda qatar yolunda ölümlə nəticələnən hadisə

Aysel Əlibəyli 02 İyun 2026 · 09:21 98 baxış Bakının Nərimanov rayonunda qatar yoluna çıxan kişi həlak olub. Elpress.az apa-ya istinadən verdiyi məlumata görə, Anar Quliyev qatar tərəfindən vurulub və aldığı ağır xəsarətlər nəticəsində hadisə […]

22 yaşlı gənc suya düşərək itkin düşüb

Aysel Əlibəyli 16 İyun 2026 · 19:46 32 baxış Tovuz rayonunda çayda 22 yaşlı gəncin batdığı ehtimal edilir. Elpress.az-ın Azərtac.az-a istinadən verdiyi məlumata əsasən, Hadisə Tovuz çayının Dondar Quşçu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. […]